Bazar , 7 Dekabr 2025

hadisə

“Azəriqaz” “Alov qüllələri”nin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Report”a bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iş aparılıb. “Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin xəsarət alması barədə məlumat …

Read More »

“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var

Bakıda “Alov qüllələri” hotelinin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var. Boyukmillet.com-un məlumatına görə, hotelin qarşısında yerləşən sütunun içində olan qaz balonu partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. R.Bağırov polis əməkdaşlarına …

Read More »

Ermənilər Ağdamda “Bakcell”in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb

Erməni Silahlı Qüvvəlləri Ağdamda xidməti vəzifəsini icra edən “Bakcell” MMC-nin əməkdaşınına atəş açaraq yaralayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən  verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. …

Read More »

İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşman olduğunu və səhvə yol verdiyini etiraf edib. Bununla belə, onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama …

Read More »

Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Bu gün 1 nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha …

Read More »

Sumqayıtda əməliyyat zamanı 2 polis bıçaqlanıb

Sumqayıt şəhərində “Azpetrol”un yaxınlığında polis əməkdaşları bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov …

Read More »

Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabitinin adına xatirə bulağının açılışı olub

Vətən müharibəsi şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak ediblər. Tədbirdə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışılıb, …

Read More »

Ata Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevə hökm oxunub, o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com  xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz deyib. O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il …

Read More »

Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkarlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin …

Read More »