Bakıda ofisdə oğurluq hadisəsi olub. Boyukmillet.com xəbər veri ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki ofislərin birindən 3500 manat pul və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ş.Hacıyev saxlanılıb.
Read More »“Jurnalistlərin binası”ndan azyaşlı yıxılaraq ölüb
İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib. Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb. Məlumata …
Read More »Cəlilabadda su anbarında batan üç nəfərin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb. Nazirlikdən “Report”a verilən xəbərə görə, axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.22:10 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə …
Read More »İdarə rəisi: “258 min manat pulu şəxsən Rafiq Bayramova vermişəm”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova ifadə verib. O, təqsirləndirilən R.Bayramova yalnız 500 manat pul verdiyini deyib: “2019-cu ildə Novruz bayramını təbrik etmişəm”. Daha sonra Ağcabədi Regional …
Read More »Şəmkirdə torpaq çöküb, 2 nəfər xəsarət alıb
Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub. “Report” un Qərb Mərkəzinin məlumatına görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib. Nəticədə iki nəfər – 32 yaşlı Rövşən Məmmədov və 36 yaşlı Tural Qələndərli torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur. Faktla …
Read More »Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanılıb
Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda iş üzrə …
Read More »Azərbaycanda həkim barəsində cinayət işi açılıb
Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə “Report”a Bərdə Rayon Prokurorluğundan məlumat verilib. Qeyd edilən məlumatla əlaqədar Bərdə Rayon Prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və …
Read More »Balakəndə 4 ton narkotik vasitə məhv edilib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub. Bu barədə “Report”a Daxili İşlər Nazilriyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 4 ton olan 8500 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Read More »Şəkidə külək yaşayış evini dağıdıb
Şəkidə güclü külək fərdi yaşayış evində dağıntılara səbəb olub. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Birinci Biləcik kəndində baş verib. Leysan yağışla müşahidə olunan güclü külək nəticəsində kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa həyətyanı sahənin daşdan hörülən hasar da bir neçə …
Read More »Yol qəzalarında 4 nəfər ölüb
Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, iyunun 5-6-da avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar