Bazar , 25 Oktyabr 2026

hadisə

İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər mülki şəxs xəsarət alıb.

Read More »

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı …

Read More »

Ofisiantların ölümü ilə bağlı hadisədə- Hökm oxundu

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarı Ağasif Verdiyevin məhkəmə araşdırması başa çatıb. Binəqədi Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən A.Verdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hotel icarədarı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə …

Read More »

Ukraynalı müdafiəçilərin övladları reabilitasiya üçün Azərbaycana gəlib

“Novosti Donbasa”nın materialı Reabilitasiya və bərpa kursu keçmək üçün bir qrup ukraynalı uşaq Bakıya gəlib. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, bu, 2026-cı ildə Azərbaycana gələn ilk ukraynalı uşaq qrupudur. Bakıya 26 uşaq gəlib və onların əksəriyyəti ukraynalı müdafiəçilərin övladlarıdır. Uşaqlara peşəkar tibbi xidmət, psixoloji dəstək və kompleks reabilitasiya xidmətləri göstəriləcək. …

Read More »

Gültəkin Hacıbəylinin evində axtarış aparılıb – DTX-yə aparıldığı bildirilir

Musavat.com xəbər verir ki, əldə edilmiş məlumata əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi çərçivəsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb. Məlumata görə, axtarış tədbirlərindən sonra Gültəkin Hacıbəyli şahid qismində ifadə vermək üçün DTX-yə dəvət olunub. Hazırda onun istintaq orqanında olduğu bildirilir. Xatırladaq ki, Gültəkin …

Read More »

Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır: 1) 16.500.000 – 18.100.000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34349,7 kv. metr ölçüdə torpaq sahəsi 2) Hazırda Aristokrat Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak. 3) Era tam orta məktəb və …

Read More »

DGK 80 kiloqrama yaxın narkotikin İrandan Rusiyaya tranzitinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilən, …

Read More »

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 ) nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası …

Read More »

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb. İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 …

Read More »

“BMW”ni avtobus dayanacağının içində park edən sürücü – 90-AA-346 — FOTO

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, “Baku-Oxford School” məktəbinin qarşısında qayda pozan sürücü görüntülənib. Boyukmillet.com Avtosfer.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib. Fotodan görünür ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağının içərisində nəqliyyat vasitəsini park edib. Nəticədə avtobuslar dayanacaqda kənarda saxlayaraq sərnişinləri mindirib-düşürməli olublar. Bu həm digər sürücülərin yolunu kəsib …

Read More »