Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ilk günü medalsız başa vurublar. Boyukmillet.com-un məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetova (Qazaxıstan) uduzub. Qadınlardan 48 kq-dakı Leyla Əliyeva da eyni raundda Xuliya Figeroaya (İspaniya) yenilib. Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq. 08:36 …
Read More »Azərbaycan millisi FIFA reytinqində irəliləyib
Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib. Boyukmillet.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb. Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub. Üç pillə irəliləyən Türkiyə seçməsi 1460 xalla 45-ci yeri tutub. Siyahıya 1831 xalla Braziliya başçılıq edir. (Report.az)
Read More »Qurban Qurbanov: “Bütün futbolçular oyuna hazırdır”
“Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək”. Boyukmillet.com-un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis rəqib komandadakı həmkarı haqqında məlumatının çox olduğunu bildirib: “Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb …
Read More »Ansi Aqolli: “Olimpiakos”un qələbəyə ac olması “Qarabağ”a problem yarada bilər”
“Rəqib iki turdan sonra xal qazana bilməyib və qələbəyə acdır. Bu isə müəyyən problem yarada bilər”. Bunu Boyukmillet.com-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli “köhlən atlar”ın Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib. Albaniyalı veteran müdafiəçi bildirib ki, Pirey təmsilçisi ölkənin ən yaxşı və böyük tarixə malik zəngin komandalarından biridir: “Bu səbəbdən doğma …
Read More »Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib
Ukrayna, Portuqaliya və İspaniya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib. Boyukmillet.com Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası və İspaniya Kral Futbol Federasiyası UAF-ı mundialın ev sahibliyi üçün ərizəyə cəlb edib. Hər iki assosiasiya istəklərini UEFA-ya çatdırıb. Avropa futbol qurumu bu təşəbbüsə tam dəstək verib. …
Read More »Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib
Danimarkalı futbolçular insan haqlarının pozulmasına etiraz əlaməti olaraq Qətərdəki dünya çempionatına ailələri olmadan gedəcəklər. Boyukmillet.com “Ekstra Bladet” nəşrinə istinadən xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqının (DBU) meneceri Yakob Hoyer açıqlama verib. DBU rəsmisi Qətərin qazanc əldə etməsinə töhfə vermək istmədikləri üçün bu addımı atdıqlarını bildirib: “Bu səbəbdən turizm fəaliyyətimizi mümkün qədər azaltmaq qərarına gəldik. Əvvəllər oyunçuların həyat yoldaşları …
Read More »Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub. 6 oktyabr 60 kq. Kəramət Hüseynov – Yeldos Smetov (Qazaxıstan) 48 kq. Leyla Əliyeva – Xuliya Figeroa (İspaniya) 7 oktyabr 66 kq. Orxan Səfərov – Freddi Vayzenegger (Fransa) Yaşar Nəcəfov – Adrian Çinarro (İspaniya) 52 kq. Gültac Məmmədəliyeva – …
Read More »Çempionlar Liqası: “Çelsi” “Milan”a qarşı, “Dinamo” “Zaltsburq”la üz-üzə gələcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq. Boyukmillet.com-un məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutacaq. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avstriyada “Zaltsburq”un qonağı olacaq. E qrupunun digər matçında isə “Çelsi” İngiltərədə İtaliya “Milan”ını qəbul edəcək. E qrupunda turnirin son qalibi İspaniya “Real Madrid”i …
Read More »“İnter” 12 ildən sonra “Barselona”ya qalib gəlib
İtaliyanın “İnter” komandası 12 ildən sonra UEFA Çempionlar Liqasında İspaniya “Barselona”sına qalib gəlib. Boyukmillet.com-un məlumatına görə, Milan təmsilçisi buna qrup mərhələsinin III tur oyununda nail olub. İtaliya klubu qitənin bir nömrəli klub turnirində rəqibini son olaraq 2010-cu ildə məğlub edib – 3:1. Tərəflər 12 il ərzində Çempionlar Liqasında ümumilikdə 7 dəfə üz-üzə gəliblər. Bundan əlavə, “Barselona” turnirdəki son 3 səfər …
Read More »Qurban Qurbanov: “Olimpiakos”la matçda oyunçulara böyük məsuliyyət düşəcək”
“Bu matçda futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək”. Boyukmillet.com-un məlumatına bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiakos”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Yunanıstana səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis Afinadakı görüşdə qələbə qazanmaq istədiklərini bildirib: “Amma hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandada qrupdakı iki məğlubiyyətdən sonra …
Read More »