Cümə , 10 May 2024

İNFRASTRUKTUR

“Ukrayna Beynəlxalq Hava Yolları” Bakıya uçuşların sayını artırır

“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti (MAU) Kiyev-Bakı-Kiyev marşrutu üzrə reyslərin sayını artırır. Boyukmillet.com bu barədə Ukraynanın milli aviadaşıyıcısına istinadən xəbər verir. Məlumata görə, sabahdan başlayarq hər həftənin çərşənbə axşamı günləri, iyulun 24-dən başlayaraq isə hər həftənin şənbə günləri Ukrayna paytaxtından Azərbaycan paytaxtına və geriyə əlavə aviareyslər yerinə yetiriləcək.

Read More »

Azərbaycan Avropa İttifaqı ilə Qarabağın bərpasına dair müzakirələr aparıb

“Ölkəmiz Avropa İttifaqı (Aİ) ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir”. Boyukmilet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib. “Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım, energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ-nın təklif etdiyi maliyyə alətləri və investisiyalar üçün …

Read More »

Azərbaycan pullu yolların yaradılmasında Türkiyə ilə əməkdaşlıq edəcək

Azərbaycan Türkiyə ilə ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması sahəsində əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi həyata keçirəcək.

Read More »

Emin Hüseynov: “Hamı Ağdamın bərpasında iştirak etmək istəyir” – VİDEO

“Hər bir Azərbaycan vətəndaşı uzun sürən işğaldan sonra mənfur düşmənin başını dəmir yumruqla əzərək ordumuzun bu rəşadətli qələbəsinə və Ali Baş Komandanın dediyi kimi bir güllə atmadan belə Ağdam rayonunun işğaldan azad olunmasına sevinir”. Bunu “Report”a eksklüziv açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, sahibkarlarla yanaşı sadə vətəndaşlar da Ağdamın bərpasında maraqlıdır: …

Read More »

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb

Bu gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Palata iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb. Təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini …

Read More »

Prezidentin xüsusi nümayəndəsi Ağdam şəhərində görüləcək işləri açıqlayıb

“Ağdam şəhərində 60 metr enində 2 küçə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Bundan başqa, onun sözlərinə görə, şəhərdə uzunluğu 79 km olmaqla xüsusi velosiped zolağı yaradılacaq. “Burada həmçinin şəhər parkları və açıq məkanların əlçatanlığı 400 metr, meşə parklarının əhatə dairəsi isə 1 000 metr təşkil edəcək. Bu da insanların piyada həmin ərazilərə …

Read More »

“Azərsu” Milli Məclisin komitə sədrinə cavab verib

Milli Məclisin deputatı Musa Quliyev parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası, əhalinin içməli su təminatı və yaşıllıqların suvarılması məsələsinə toxunub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir. “Hörmətli Musa müəllimin diqqətinə çatdırmaq istəyirik ki, “Azərsu” əhalinin içməli su təminatı ilə məşğul olur, ağacların və yaşıllıqların suvarılması ilə yox. Abşeron …

Read More »

Ağcabədi şəhərinin yeni Baş planının detalları açıqlanıb

Ağcabədi şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Ağcabədi şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Ağcabədi şəhərinin sonuncu …

Read More »

Bakı və İstanbul arasında avtobusla sərnişindaşımanın bərpası müzakirə edilib

“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları …

Read More »

“Bakı Metropoliteni”nin yığılmış zərəri 565 milyon manata çatıb

“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Boyukmillet.com xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur. Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb. Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 …

Read More »