Cümə , 10 May 2024

İNFRASTRUKTUR

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm nəqliyyat sektoruna aid, həm də yaşayış məntəqələrinə aid ərazilərdə minatəmizləmə əməliyyatları aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisi İdris İsmayılov bildirib. “Bu günə qədər agentlik 3500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib, 20 mindən yuxarı partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib”, – o deyib.

Read More »

Naxçıvanda I yarımildə 572 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin I yarısında Naxçıvan MR-da 572,25 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu barədə Boyukmillet.com yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. 6 aylıq sənaye məhsulunun 94,8 %-i malların, 5,2 %-I isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 % təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən …

Read More »

Prezident Daşkəsəndə avtomobil yolunun təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev “Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyi …

Read More »

İsrailin Azərbaycandakı səfiri Bakı Limanına səfər edib

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb. Məlumata görə, liman barədə səfirə səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov məlumat verib. Onun sözlərinə görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Baki Limanı Avropa ilə Asiya arasında …

Read More »

Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır

Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparılır və ilin sonuna qədər hava limanına ilk uçuşlar planlaşdırılır, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işləri aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və …

Read More »

Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi davam etdirilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır. Boyukmillet.com xəbər verir ki, bu cür layihələrdən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Xatırladaq ki, bu avtomobil yolunun təməlibu il martın 15-də Prezident lham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı qoyulub. Dövlət …

Read More »

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir. Boyukmillet.com xəbər verir ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək. Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər. Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Read More »

“Kəmər və Yol”a rəqib olacaq plan hazırlanacaq

Avropa İttifaqı Avropanı dünyaya daha yaxından bağlayacaq yeni infrastruktur planı icra edəcək. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, Çin prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş və Asiya ilə Avropa arasında infrastruktur layihələri vasitəsilə xarici ölkələri təsir altına almağı hədəfləyən “Kəmər və Yol” təşəbbüsünə qarşı Aİ də 2022-ci ildən iddialı planı tətbiq etmək qərarına gəlib. “Biz Çinin dünyanın hər yerində siyasi nüfuzunu …

Read More »