Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Xəzərdə üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib

Xəzər hövzəsində üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib.

Boyukmillet.com xəbər verir ki, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə çatır.

Sürəti 20-25 m/san çatan Şimal, Şimal-Şərq küləyi müşahidə olunur.

“Report”un əməkdaşının da göyərtəsində olduğu və mayın 5-də ilk reysə çıxan RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi hazırda Qazaxıstanın Kurık limanından 5 dəniz mili (təxminən 9 km) məsafəsindən sığınacaqda gözləməkdədir. İlkin proqnoza görə, küləyin mayın 10-u günün ikinci yarısında səngiyəcək və gəmilərin hərəkətinə icazə veriləcək.

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …