Cümə , 17 Aprel 2026
Drone Cameras

Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncamla Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Check Also

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb. Boyukmillet.com xəbər …