Cümə , 17 Aprel 2026
Drone Cameras

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə  AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Check Also

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb. Boyukmillet.com xəbər …