Bazar , 23 Fevral 2025

İqtisadiyyat

Azərbaycanda “Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

“Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb”. Boyukmillet.com-un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib. Onun sözlərinə görə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti …

Read More »

Azərbaycanın dövlət büdcəsinin kəsiri 700 milyon manata yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 964,5 milyon manat, xərcləri isə 18 642,1 milyon manat təşkil edib. Boyukmillet.com Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% və 11,7% çoxdur. Son nəticədə büdcədə 677,6 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-avqust aylarının yekunununda büdcə kəsri 401,5 milyon manat olub.

Read More »

Azərbaycan neftinin qiyməti 41 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,42 ABŞ dolları, yaxud 1,04% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,92 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Read More »

Bu il Gürcüstan Azərbaycandan 500 tona yaxın çay alıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində 489,5 ton çay idxal edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə Azərbaycandan çay tədarükünü 6,4 ton artırıb. Hesabat dövründə Azərbaycan da Gürcüstandan çay idxal edib. Məhsulun həcmi 167,5 ton, dəyəri isə 1,2 milyon ABŞ dolları olub. 

Read More »

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,81% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,46 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Bu il Azərbaycan Türkiyədən 10 milyon dollarlıq avtobus alıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 10 milyon ABŞ dolları dəyərində avtobus idxal edib.  Boyukmillet.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə “Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi” (OIB) məlumat yayıb.  Məlumata görə, 8 ay ərzində Türkiyədən Fransaya 154,8 milyon dollar, Almaniyaya 147,1 milyon dollar, İtaliyaya isə 89,6 milyon dolları dəyərində avtobus ixracı həyata keçirilib. 

Read More »

Bu il Azərbaycanda 4 mln ton neft emal edilib

Azərbaycanda neft emalı 2020-ci ilin 8 ayında 4 mln ton təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub. Qeyd edək ki, Azərbaycanda neft emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

Read More »

Azərbaycanda qızıl-gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Boyukmillet.com-un məlumatına görə, sentyabrın 4-də qızılın qiyməti sentyabrın 3-ü ilə müqayisədə 1,054 manat (0,03 faiz) azalaraq 1 unsiya üçün 3 292,4835 manat təşkil edib. Gümüş 1,0395 manat (2,24 faiz) ucuzlaşaraq 1 unsiya üçün 45,4604 manata bərabər olub. Platinin qiyməti 22,015 manat (1,42 faiz) azalaraq 1 526,685 manat, palladiumun qiyməti 103,309 manat (2,7 faiz) artaraq 3 …

Read More »

Azərbaycan İnvestisiya Holdinqinin nizamnamə kapitalı 10 mln manat olacaq

Prezident İlham Əliyev bu gün imzaladığı fərmanla yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin nizamnamə kapitalı 10 milyon manat olacaq. Boyukmillet.com xəbər verir ki, bu, qurumun nizamnaməsində öz əksini tapıb. Sənəddə həmçinin deyilir ki, Holdinqin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan …

Read More »

Premium markalı yanacağın qiyməti qalxdı – SƏBƏB

Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb. “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Open.az-a bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır: “Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur. Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 …

Read More »