Bakının Suraxanı rayonunda küçədə 16 yaşlı şəxs bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib. Küçədə 2006-ci il Mustafayev Hüseyn Pərviz oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona döş qəfəsinə və qarın boşluğuna bıçaq xəsarətləri yetirilib. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Hazırda cərrahi əməliyat aparılır. Pasientin vəziyyəti ağır qiymətləndirilir. Fakt araşdırılır.
Read More »Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib
Mingəçevirdə qətl hadisəsi baş verib. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilir. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Məhərrəmov Yasin Məhərrəm oğlu saxlanılıb. Qətlə yetirdiyi qadının onun keçmiş həyat yoldaşı olduğu deyilir.
Read More »Baş Prokurorluq: “Bacısını öldürüb heç kimə xəbər vermədən dəfn edən qardaşın əməli ifşa edilib”
Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, cari il martın 14-də Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan Şəhər …
Read More »Prokuror kriminal avtoritetə 19 il həbs cəzası istəyib
Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, prokuror onun 19 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Növbəti …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.02.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2 % azalaraq 1,9447 manat, Rusiya rublunun məzənnəsi isə 0,4% artaraq 0,0224 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,94471 Rusiya rublu0,02241 Avstraliya dolları1,20551 Argentina pesosu0,01611 Belarus rublu0,66031 Braziliya rialı0,31921 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1100100 Cənubi Koreya vonu0,14171 Çexiya kronu0,0799100 Çili pesosu0,20541 Çin yuanı0, 26741 …
Read More »Bakıda narkotiklə tutulan şəxsin 18 il əvvəl törətdiyi qətlin üstü açılıb
Bakıda 18 il əvvəl törədilən cinayətin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilən cinayət əməlinin üstü açılıb. Belə ki, DİN əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il …
Read More »Göygöldə tutulan müəllimin Yevlaxda qohumunu öldürərək yandırdığı məlum olub
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yevlaxda qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, birgə məlumatda deyilir: “Xəbər verildiyi kimi, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu …
Read More »Gəncədə oğul atasını qətlə yetirərək evin həyətində basdırıb
Gəncədə oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, Məmmədov Məhəmməd polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub. Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub. …
Read More »Goranboyda baş mühasib direktoru iş otağında qətlə yetirib
Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Goranboy Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova …
Read More »Yardımlı sakini həmkəndlisini güllələyərək öldürüb
Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar