Cümə , 26 Aprel 2024

krimnal

Kriminal aləmdə şok olaylar – Quli erməni “qanuni oğru”ya zibil dedi

Rusiya kriminal aləmində şok hadisələr baş verməkdədir. Aprelin sonlarında Başqırdıstandakı islah-əmək düşərgəsinə gətirilən 36 yaşlı “qanuni oğru” Zviad Ozmanovun statusunun tanınmamasından sonra yaranmış qalmaqala Rusiya Federal Cəzaların İcrasına Nəzarət Xidməti də qoşulub. Yeddi il əvvəl “oğru” statusu alan Ozmanov son altı ildə həbsdə yatsa da, onu cəzaçəkmə rəhbərliyinə “işləməkdə” və onların tapşırıqlarını yerinə yetirməkdə suçlayırlar. Bu işdə isə əsas “iddiaçı” …

Read More »

Nazirlik: Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxılıb

“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”.Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riskli olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb: “Humanizm …

Read More »

Onlar da saxta arayış satarkən saxlanıldı – Video

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir. Boyukmillet.com-un məlumatına görə,  paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də …

Read More »

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyanın Petrozavodsk şəhərində Azərbaycan vətəndaşı qonşusu tərəfindən qətlə yetirilib. Boyukmillet.com “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, polis artıq həmvətənimizi öldürməkdə şübhəli bilinən 56 yaşlı iş adamını saxlayıb. Qeyd olunur ki, Azərbaycan vətəndaşı ilə mübahisədən sonra şübhəli 56 yaşlı iş adamı Yevgeni Yablokov onu silahla vurub və nəticədə həmvətənimiz yerindəcə ölüb. Şübhəli şəxs qaçıb gizlənsə də, polis onu saxlayıb. Müəyyən edilib ki, …

Read More »

Bakıda dəhşətli hadisə: Kişi sevdiyi qadının başını kəsdi – Təfərrüat

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən Sahib Babayevin barəsində həbs qətimkan tədbiri seçilib. Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub. Məhkəmənin qərarı ilə Sahib Babayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İttihama görə, hadisə bu il martın 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib. Bakıda kirayədə qalan …

Read More »

Elmar Vəliyevi güllələyən Yunisin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Boyukmillrt.com xəbər verir ki, məlumatına görə, cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.Xatırladaq ki, bir müddət əvvəl iş üzrə icraat Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi …

Read More »

Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi, 3 nəfər öldü

Masallı rayonunda qətl hadisəsi baş verib. Boyukmillet.com xəbərinə görə, hadisə Təzəkənd kəndində qeydə alınıb. Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.  Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək. Xatırladaq ki, ilk xəbəri baku.ws saytı yazıb.

Read More »

40 yaşlı kişi qızının sinif yoldaşını dağa aparıb… – Xızıda şok olay

Xızıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş 1980-ci il təvəllüdlü Rəhman Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un xəbərinə görə, ailəli olan Rəhman Vəliyev Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olub, Azəravtoyol MMC-də fəhlə işləyib. İstintaq sənədlərinə görə, Rəhman Vəliyev Xızı rayonu, Yeni Yaşma tam orta məktəbin 9-cu sinfində qızı ilə birlikdə …

Read More »

“İnstaqram”da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı – FOTO – VİDEO – YENİLƏNİB

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Boyukmillet.com –un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib. Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin …

Read More »