Cümə , 19 Aprel 2024
Drone Cameras

Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı

Sentyabrın 19-da Xızı Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

Boyukmillet.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində “BORAWING” markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Check Also

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava …