Xeyli vaxt idi ki, Ağ evlə ABŞ müxalifətinin (Respublikaçılar partiyası) dövlət borcunun yuxarı həddinin artırılmasına dair razılığa gələ bilməməsi dünya maliyyə bazarında təşviş yaradırdı. Dünyanın ən böyük iqtisadiyyatının dövlət borcu astronomik həddə 31,4 trilyon ABŞ dollarına çatıb. Sonuncu dəfə dövlət borcunun yuxarı həddi hələ yanvarda müəyyən olunub və o vaxtdan bu yana ABŞ Maliyyə Nazirliyi faktiki olaraq cari xərcləri maliyyələşdirmək üçün borclanmanı …
Read More »İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bu barədə filialdan bildirilib. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. Xatırladaq ki, İran Milli Bankının …
Read More »Bakı metrosu ötən il 52 milyon manat subsidiya alıb
2022-ci ildə nəqliyyat və rabitə xərclərindən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir. Sənədə əsasən, Naxçıvan MR-ə edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər …
Read More »Azərbaycanda 4 ayda dövlət xəttilə 165 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 164,9 milyon manat kredit verilib. Boyukmillet.com xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8 % artaraq 108,3 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon …
Read More »Azərbaycan performans auditi üzrə mövzuları DİM-in hədəflərinə uzlaşdıracaq
Azərbaycanda qarşıdakı illərdə performans auditi üzrə mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəfləri ilə uzlaşdırılması mühüm tələblərdən biri kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) Bakıda keçirilən DİM üzrə İşçi Qrupunun ilk fiziki toplantısında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O, qeyd edib ki, Palatanın 2021-2025-ci illəri əhatə edən Strateji Planında 9 strateji hədəf müəyyən …
Read More »Hesablama Palatası Səfərbərlik üzrə Dövlət Xidmətində yoxlamalar aparır
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır. Bununla bağlı məlumatı Dövlət Xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.
Read More »Nazirlər Kabineti Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu barədə qərar verib
Nazirlər Kabineti “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 10 aprel 2008-ci il qərarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət …
Read More »AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini açıqlayıb
Asiya İnkişaf Bankı (AİB) 2024-cü ildə Azərbaycanla 2024-2028-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasını həyata keçirməyə başlayacaq. Boyukmillet.com banka istinadən xəbər verir ki, AİB-nin cari əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının gücləndirilməsinə yönəlmiş və 2019-2023-cü illər üçün olan tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilir. “2023-cü ildən 2026-cı ilə qədər AİB energetika, nəqliyyat, dövlət …
Read More »Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb”
Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib. “İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə …
Read More »Naxçıvanda Dövlət Sığorta Xidməti ləğv edilib
“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov mayın 3-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan …
Read More »