Çərşənbə , 7 May 2025

Maliyyə

“PAŞA Kapital İnvestisiya Şirkəti”nın Müşahidə Şurasına yeni sədr təyin edilib

Bəhruz Nağıyev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib. Boyukmillet.com xəbər verir ki, o, bu vəzifədə Cavid Quliyevi əvəzləyib. B.Nağıyev bundan əvvəl investisiya şirkətinin Müşahidə Şurasının üzvü olub. Bununla yanaşı, Vüqar Axundov Şüraya yeni üzv seçilib. Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Read More »

MM Azərbaycanda minimum əmək pensiyasının məbləğinin 280 manat olmasını təsdiqləyib

Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək. Bu artım təxminən 100 min pensiyaçını əhatə edəcək.

Read More »

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib. Boyukmillet.com  AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 % səviyyəsində müəyyən olunub. “Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, – AMB-nin bəyznatında deyilir. Mərkəzi …

Read More »

Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir. HMS terrorçuluğa …

Read More »

Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılır

Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb. Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri …

Read More »

Maliyyə Nazirliyi ötən il 226 milyon manat artıq və əsassız ödəniş aşkar edib

2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 185 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 225 710 min manat artıq və əsassız ödənişlər aşkar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, həmin vəsaitin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər …

Read More »

Azərbaycanda 4 regional xəzinədarlıq idarəsi ləğv olunub

2022-ci ildə Maliyyə Nazirliyi idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində regionlardakı xəzinədarlıq idarələrinin sayını 16-dan 12-yə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. “Dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələri yenidən təşkil edilib”, – deyə o qeyd edib.

Read More »

Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb

Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün …

Read More »

EBRD 2022-ci ildə Azərbaycana yatırdığı investisiyaları açıqlayıb

Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə qoyub. Boyukmillet.com xəbər verir ki, bu investisiyaların əksər hissəsi özəl sektora, yəni 71 %-i ölkənin “yaşıl” iqtisadiyyatına və bərpa olunan enerji və dayanıqlı infrastrukturdan tutmuş telekommunikasiya, media və texnologiyaya (TMT) qədər müxtəlif sektorlara olub. 2022-ci il ərzində EBRD Azərbaycanın enerji mənbələrini şaxələndirmək məqsədinə əhəmiyyətli töhfə verib. İnvestisiyalar baxımından bank ölkənin ilk …

Read More »

Azərbaycan vətəndaşlarına 400 milyon manata yaxın ƏDV məbləği ödənilib

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonuna qədər istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bunun 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb ki, bu da 2021-ci illə müqüayisədə 36,9% çoxdur. Ötən il nağdsız qaydada …

Read More »