Çərşənbə axşamı , 7 May 2024

Maliyyə

Zakir Nuriyev: “Fintex” şirkətlərinin şəffaflığının artırılması zəruridir”

Dünyada inflyasiya proseslərinin davam etməsi kreditləşməyə tələbin artmasına səbəb olub. Bu da “fintex” şirkətlərinin, kreditləşmənin və digər ödənişlərin şəffaflığının artırılmasını zəruri edir. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində bildirib. O qeyd edib ki, 2023-cü ildə daxili prosesin optimallaşdırılması və xərclərin azaldılması qarşıda duran mühüm …

Read More »

S&P Azərbaycanın suveren reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib. Boyukmillet.com S&P-yə istinadən xəbər verir ki, “sabit” proqnoz neft hasilatının proqnozlaşdırılan ortamüddətli azalmasına baxmayaraq, gələn il əlverişli karbohidrogen qiymətlərinin Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntiləri əks etdirir. “Azərbaycan gözlədiyimizdən daha uzun müddət ərzində daha …

Read More »

Azərbaycanda bu şəxslərin maaşı sentyabrdan artırılır

Bu ildən Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyən müəllimlər sertifikasiyada iştirak etməli olacaqlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb. Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib: “Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Test imtahanından uğurla keçən müəllimlərin …

Read More »

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin sayı artırılır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklif edilir. Boyukmillet.com  xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

Read More »

AMB-nin Naxçıvan idarəsinin rəhbərinin vəzifəyə təyin edilməsi qaydası dəyişir

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi …

Read More »

Azərbaycanda 2 BOKT-un lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Gold Finance” və “Viza Kredit” MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub. Boyukmillet.com bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb. “Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, onlar son …

Read More »

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). “2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da …

Read More »

Azərbaycan bu il işğaldan azad edilmiş ərazilərə 5 milyard manatdan çox pul qoyacaq

Azərbaycan hökuməti 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərcləri 2 milyard 260 milyon manat və yaxud 75,3 % artırır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq.

Read More »

ABŞ-da borc tavanının artırılması “Bitcoin”in qiymətinə necə təsir edəcək?

Xeyli vaxt idi ki, Ağ evlə ABŞ müxalifətinin (Respublikaçılar partiyası) dövlət borcunun yuxarı həddinin artırılmasına dair razılığa gələ bilməməsi dünya maliyyə bazarında təşviş yaradırdı. Dünyanın ən böyük iqtisadiyyatının dövlət borcu astronomik həddə 31,4 trilyon ABŞ dollarına çatıb. Sonuncu dəfə dövlət borcunun yuxarı həddi hələ yanvarda müəyyən olunub və o vaxtdan bu yana ABŞ Maliyyə Nazirliyi faktiki olaraq cari xərcləri maliyyələşdirmək üçün borclanmanı …

Read More »

İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bu barədə  filialdan bildirilib. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. Xatırladaq ki, İran Milli Bankının …

Read More »