Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Zakir Nuriyev: “Fintex” şirkətlərinin şəffaflığının artırılması zəruridir”

Dünyada inflyasiya proseslərinin davam etməsi kreditləşməyə tələbin artmasına səbəb olub. Bu da “fintex” şirkətlərinin, kreditləşmənin və digər ödənişlərin şəffaflığının artırılmasını zəruri edir.

Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində bildirib.

O qeyd edib ki, 2023-cü ildə daxili prosesin optimallaşdırılması və xərclərin azaldılması qarşıda duran mühüm vəzifələrdən biri olacaq.

“Dünyada kriptovalyutalardan və blokçeyn texnologiyalarından istifadə etməklə müştərilərə yeni, qabaqcıl ödəniş xidməti məhsullarının təqdim edilməsi mühüm yer tutmaqdadır. Lakin bu, vahid nəzarət yanaşmasını olduqca aktual edir. Ənənəvi və yeni ödəniş üsullarının rəqəmsallaşması əlavə təhlükəsizlik tədbirlərinin görülməsini labüd edir. Dünya elektron kommersiyası 2022-ci il ərzində müxtəlif məlumatlara əsasən kibercinayətkarların günahı ucbatından 41 milyard ABŞ dollarından artıq vəsait itirib. Bu bir daha kibertəhlükəsizlik tədbirlərinin əhəmiyyətini vacibliyini göstərir”, – deyə Z.Nuriyev əlavə edib.

Check Also

AİB Rəhbərlər Şurası 2023-cü il üçün maliyyə hesabatlarını təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası bu gün bankın 2023-cü il üçün maliyyə hesabatlarını və …