Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib

İndiyənədək Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Maliyyə Ofisinin vitse-prezidenti Necip Fazıl Kaymak Bakıda keçirilən “Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisində “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı paneldə deyib.

Onun sözlərinə görə, bu ilin may ayının göstəricilərinə görə Türkiyədə fintex ekosisteminin əsas funksiyalarından olan ödəmələr sahəsində 258 şirkət, bankçılıq texnologiyası sektorunda 96 şirkət, kriptovalyuta, blokçeyn sahəsində isə 95 şirkət olmaqla digər sahələrlə birlikdə 761 fintex şirkəti var.

N. Kaymak bildirib ki, 2022-ci ildə Türkiyədə fintex sərmayələri 91 milyon ABŞ dolları ilə rekord səviyyəyə çatıb.

“Azərbaycanla Türkiyənin bütün sahələrdə olduğu kimi bu sahədə də əməkdaşlığının genişlənəcəyini və uğurlu olacağını düşünürəm”, – deyə N. Kaymak əlavə edib.

Check Also

AİB Rəhbərlər Şurası 2023-cü il üçün maliyyə hesabatlarını təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası bu gün bankın 2023-cü il üçün maliyyə hesabatlarını və …