Azərbaycan Mərkəzi Bankı milli reytinq agentliyinin yaradılması ilə bağlı beynəlxalq təcrübəni öyrənir. Boyukmillet.com xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfransında bildirib. “Beynəlxalq təcrübəni öyrənirik və sözsüz ki, məqsədəuyğun olarsa, Azərbaycanda da milli reytinq agentliyi yaratmaq istəyirik. Onun da xüsusilə qiymətli kağızlar bazarı üçün bir sıra üstünlükləri var. Yəni, üçünçü tərəf emitentlər üçün reytinq təsdiq …
Read More »AMB sədri qurumun İdarə Heyəti barədə səsləndirilən fikirlərə münasibət bildirib
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun İdarə Heyətinin (İH) üzvlərinin sayının az olması və buna görə də, qəbul edilən qərarların qanunsuz olması barədə bir sıra ekspertlərin səsləndirdiyi fikirlərə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə onlayn rejimdə keçirdiyi mətbuat konfrasında danışıb. “İH-nin üzvlərini ölkə prezidentinin təqdim etdiyi namizədlər olmaqla Milli Məclis təsdiq edir. Bu gün onlar 3 …
Read More »Prezidentin köməkçisi: “Azərbaycanda əməkhaqqının ÜDM-dəki payı 17%-i ötüb”
2018-2022-ci illərdə Azərbaycanda əməkhaqqının ümumi daxili məhsuldakı (ÜDM) payı 12,7%-dən 17,1%-ə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib. Onun sözlərinə görə, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır: “Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə …
Read More »Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb
Azərbaycan Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Xatırladaq ki, onlar, dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunmaqla, 20 qəpiklik metal pul nişanları ilə birlikdə yenilənib. Ötən ilin dekabr ayından 20 qəpiklik pullar tədavülə buraxılıb. Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul …
Read More »Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının artımına səbəb olan faktorları açıqlayıb
Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi artım templəri ürəkaçandır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2 %, qeyri-neft sektorunun isə 9,6 % artması həqiqətən sağlam iqtisadi artımdır: “Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq …
Read More »ARDNF-in builki büdcəsi dəyişib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud …
Read More »ADB: “Azad edilən torpaqlara investisiyalar tikinti sektorundakı 5 illik geriləmənin qarşısını alıb”
44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına investisiyalar, tikintinin 5,2 % artmasına səbəb olub və sektordakı 5 illik geriləmənin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib. Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2 % böyüyüb ki, bu da qeyri-neft sektorunda yüksək artımı əks etdirir. Hesabata görə, ADB Qafqaz və Mərkəzi Asiya regionu …
Read More »Abşeronun 2 qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına 9 milyon manat xərclənəcək
“Azərsu” ASC Abşeron rayonunun Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Archico” MMC-dir. Qalib şirkətə 9,377 milyon manat ödəniləcək.
Read More »Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi audit xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “L.B. Audit Xidməti” MMC-dir. Qalib şirkətə 6 950 manat ödəniləcək.
Read More »“Azəristiliktəchizat”ın yığılmış zərəri 100 milyon manata yaxınlaşıb
“Azəristiliktəchizat” ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı. Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb. Bu il yanvarın 1-nə “Azəristiliktəchizat”ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % …
Read More »