Azərbaycan İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsində kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, müdir vəzifəsini müvəqqəti icra edən İlqar Pənahov vəzifəsindən azad edilib. Məlumata görə, onun yerinə Müşviq İbişov təyin edilib. Qeyd edək ki, Müşviq İbişov daha əvvəl bölmənin müdir müavini, İlqar Pənahov isə baş məsləhətçi işləyib.
Read More »ARDNF-in Müşahidə Şurasının iclası keçirilib
İyunun 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib. ARDNF-in 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin …
Read More »Azərbaycan EBRD ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalayıb
Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Facebook” hesabında yazıb. “İmzalanmış memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkədə özəl sektorum inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək”, – nazir bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi …
Read More »Bakı Banklararsı Valyuta Birjası ləğv olunub
“Bakı Banklararsı Valyuta Birjası” QTSC ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər. Qeyd edək ki, Bakı Banklararası Valyuta Birjası vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin …
Read More »Əliyar Məmmədyarov Mərkəzi Bankın sədrinin müavini təyin edilib
Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Rəşad Orucov Mərkəzi Bankın sədrinin birinci müavini təyin edilib
Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, R.Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə …
Read More »Qızıl ucuzlaşıb
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,1%, yaxud 1,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 850,25 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,31% düşərək 1 unsiyası 22,108 ABŞ dolları təşkil edib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,97%-dən 3,007% səviyyəsinə çatması qızılın qiymətinə …
Read More »Nazirlər Kabineti Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarıb
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu hesab edilməsi ilə əlaqədar olaraq, Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bir sıra hüququi aktların uyğunlaşdırılması haqqında verdiyi qərarda göstərilib. Bu uyğunlaşma “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 …
Read More »Bu günə olan valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) 3 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB-nin rəsmi saytında məlumat dərc edilib. 1 ABŞ dolları 1.7000, 1 avro 1.8271, 1 İngiltərə funt sterlinqi 2.1370, 1 Rusiya rublu 0.0271, 1 Türkiyə lirəsi 0.1031, 1 Gürcüstan larisi 0.5709 və 100 İran rialı 0.0040 AZN təşkil edib.
Read More »Azərbaycan Mərkəzi Depozitarların Dünya Forumunda iştirak edib
Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Avropa Mərkəzi Depozitarlar Assosiasiyası (ECSDA), Asiya Mərkəzi Depozitarlar Assosiasiyası (ACG), Afrika və Yaxın Şərq Depozitarlar Assosiasiyası (AMEDA) və Amerika Mərkəzi Depozitarlar Assosiasiyasının (ACSDA) birgə təşkilatçılığı ilə video konfrans formatında Mərkəzi Depozitarların Dünya Forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb. Məlumata görə, 3 gün davam etmiş tədbirdə müxtəlif ölkələrdən maliyyə …
Read More »