ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,1%, yaxud 1,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 850,25 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,31% düşərək 1 unsiyası 22,108 ABŞ dolları təşkil edib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,97%-dən 3,007% səviyyəsinə çatması qızılın qiymətinə …
Read More »Nazirlər Kabineti Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarıb
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu hesab edilməsi ilə əlaqədar olaraq, Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bir sıra hüququi aktların uyğunlaşdırılması haqqında verdiyi qərarda göstərilib. Bu uyğunlaşma “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 …
Read More »Bu günə olan valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) 3 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB-nin rəsmi saytında məlumat dərc edilib. 1 ABŞ dolları 1.7000, 1 avro 1.8271, 1 İngiltərə funt sterlinqi 2.1370, 1 Rusiya rublu 0.0271, 1 Türkiyə lirəsi 0.1031, 1 Gürcüstan larisi 0.5709 və 100 İran rialı 0.0040 AZN təşkil edib.
Read More »Azərbaycan Mərkəzi Depozitarların Dünya Forumunda iştirak edib
Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Avropa Mərkəzi Depozitarlar Assosiasiyası (ECSDA), Asiya Mərkəzi Depozitarlar Assosiasiyası (ACG), Afrika və Yaxın Şərq Depozitarlar Assosiasiyası (AMEDA) və Amerika Mərkəzi Depozitarlar Assosiasiyasının (ACSDA) birgə təşkilatçılığı ilə video konfrans formatında Mərkəzi Depozitarların Dünya Forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb. Məlumata görə, 3 gün davam etmiş tədbirdə müxtəlif ölkələrdən maliyyə …
Read More »ARDNF fişinq hücümları ilə bağlı xəbərdarlıq edib
Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Boyukmillet.com-un məlumatına görə, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir. “Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan …
Read More »Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra 3 qəpiyi keçib
Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. Boyukmillet.com-un məlumatına görə, bu günə 1 rubl 0,0307 manata bərabərdir. Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub. Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası kəskin …
Read More »ADIF Türkiyənin əmanətlərin sığortalanması təcrübəsi ilə tanış olub
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Maliyyə, Arxiv, Risk, Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahələrində çalışan əməkdaşları üçün Türkiyənin Tasarruf Mevduatı Sigorta Fondunun (TMSF) təcrübəli kadrları və təlimçiləri İstanbul şəhərində təlimlər təşkil edib. Boyukmillet.com xəbər verir ki, təlimlər iki qurum arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində təşkil olunub. 9-12 may tarixlərdə baş tutmuş 4 günlük təlim proqramının ilk günündə ADIF-in əməkdaşları üçün əmanətlərin risk-əsaslı …
Read More »Dünya Bankı ərzaq böhranının qarşısını almaq üçün 30 milyard dollar ayıracaq
Dünya Bankı Rusiyanın Ukraynadakı müharibəsi ilə təhdid edilən ərzaq təhlükəsizliyi böhranının qarşısını almaq üçün 30 milyard ABŞ dolları ayıracaq. Rusiyanın Ukraynaya hücumu artıq regiondan əksər taxıl ixracının dayandırılmasına səbəb olub. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. “Ərzaq qiymətlərinin qalxması ən yoxsul və ən həssas təbəqəyə dağıdıcı təsir göstərir”, – Dünya Bankının prezidenti Devid Malpass deyib. Bankdan bildirilib ki, yeni layihələr kənd …
Read More »Azərbaycan vətəndaşları Gürcüstan banklarında ən çox depoziti olan əcnəbilərin ilk 3-lüyündədir
Azərbaycan vətəndaşları Gürcüstan banklarında ən böyük həcmdə depozit saxlayan əncəbilərin siyahısında III yeri tutur. Ötən ilin dekabrına olan məlumata əsasən, Azərbaycan vətəndaşlarının pullarının ümumi məbləği 374 milyon lari (123,2 milyon ABŞ dolları) təşkil edir. Qonşu ölkə banklarında əcnəbilərin saxladığı ümumi depozitlərin 7 %-i Azərbaycan vətəndaşlarının payına düşür. Gürcüstan banklarında ən çox pulu olan əcnəbilər isə Rusiya vətəndaşlarıdır. Onların əmanətlərinin həcmi …
Read More »FED-nin faiz qərarının Azərbaycana TƏSİRİ: “Ölkədəki inflyasiya səviyyəsi arta bilər” – İQTİSADÇI
ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilib. Ötən gün isə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 – 1%-ə çatdırıb. Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc öz …
Read More »