Çərşənbə , 7 May 2025

Maliyyə

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 62,54 manat təşkil edir. Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 6-sı, saat 15:05-ə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər. Təkliflərə iyunun 6-sı, saat 15:05-də qeyd …

Read More »

Rəşad Orucov: “20-dən çox təşkilat Mərkəzi Banka lisenziya üçün müraciət edib”

Bu günə kimi 20-dən çox ödəniş və elektron pul təşkilatı Mərkəzi Banka lisenziya almaq üçün müraciət edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən müvafiq müraciətlərə baxılaraq, təşkilatlarla aktiv kommunikasiya çərçivəsində zəruri hüquqi dəstək göstərilməkdədir. O qeyd edib ki, cari ayın sonunadək bütün qanunvericilik …

Read More »

AİB Rəhbərlər Şurası 2023-cü il üçün maliyyə hesabatlarını təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası bu gün bankın 2023-cü il üçün maliyyə hesabatlarını və kapital resurslarından xalis mənfəət bölgüsünü 1,42 milyard dollar səviyyəsində təsdiqləyib ki, bu da bankın tarixində ən yüksək göstəricidir. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar AİB-in Gürcüstanın paytaxtında keçirilən 57-ci illik toplantısı çərçivəsində qəbul edilib.

Read More »

Taleh Kazımov: “Bu il cari əməliyyatlar balansı 7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır”

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin sonuna cari əməliyyatlar balansını 7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2025-ci ildə bu, təxminən 6,5 milyard ABŞ dolları olacaq.

Read More »

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb

Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,7 dəfə çoxdur. Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun …

Read More »

“Tullantıları İdarəetmə Mərkəzi” auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Boyukmillet.com xəbər verir ki, sorğuda iştirak haqqı 10,4 manatdır. İddiaçılar təkliflərini mayın 20-nə qədər şirkətin Sumqayıt şəhəri, Bakı-Quba şossesinin 33-cü km-i ünvanındakı ofisinə təqdim edə bilərlər. Təkliflərə mayın 20-də, saat 10:50-da qeyd olunan ünvanda baxılacaq.

Read More »

Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankının 50 illiyinə həsr olunmuş Qızıl Yubileyi və İllik Toplantısında, həmçinin Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyik. Səudiyyə Ərəbistanının və …

Read More »

Mehmet Gülez: “Azərbaycan regionda “Mastercard”dan konsultasiya xidmətləri alan əsas ölkələrdəndir”

Azərbaycan regionda “Mastercard” beynəlxalq ödəmə xidmətləri təşkilatından konsultasiya xidmətləri alan əsas ölkələrdəndir. Boyukmillet.com xəbər verir ki, bunu “Mastercard”ın Biznesin inkişafı üzrə vitse-prezidenti Mehmet Gülez şirkətin mətbuat konfransında deyib. “Biz hazırda Azərbaycanda ilk 10 sırada olan 7-8 banka konsultasiya xidmətləri göstəririk və bu istiqamətdə də müraciətlərin sayı artır. Eyni zamanda Azərbaycan Mərkəzi Bankı ilə də əməkdaşlıq edirik və bu, davamlı olacaq”, – deyə …

Read More »

Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu. Baş vitse-prezident, Mərkəzi Bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli …

Read More »

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” keçiriləcək

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək. Bunu “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə ötürüləcək. V.Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən …

Read More »