Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, D.Bəhmənovanın anası Elmira Zeynalova Qafqazinfo-ya açıqlamasında bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək, qızının səhhəti …
Read More »DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib. Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib. *** DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib. *** Boyukmillet.com xəbər verir ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə …
Read More »Xarkov şəhərində Xocalı qurbanlarının anım gecəsi keçirilib.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqrımının 28-ci ildönü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimində Xarkov Vilayət Admnistrasiyasinın rəsmi nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım siyasətini tarixi faktlarla mərasim iştirakçilarının diqqətinə çatdıran Azərbaycanın Xarkov …
Read More »Milli Məclisin ilk iclaslarını onlar açıblar – SƏBƏB
Milli Məclisin dördüncü və beşinci çağırışlarının (müvafiq olaraq 2010-2015, 2015-2020) ilk iclaslarını deputat Fəttah Heydərov açıb. Bu barədə Boyukmillet.com Milli Məclisin stenoqramlarına istinadən xəbər verir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını parlamentin ən qocaman deputatı açır. O, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin üçüncü çağırışının (2005-2010) ilk iclasını …
Read More »İSBAM sədri Münhen debatına belə qiymət verdi…
Samir Adıgözəlli: “Prezidentin ATƏT və dünya birliyinə etdiyi çağırış Münhen Konfransının mahiyyətinə tam uyğundur” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Dövlət başçısı bildirib: …
Read More »MSK bu dairələrdən daxil olan şikayətlərə “YOX” dedi
Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir Seçki dairələri üzrə daxil olan şikayətlərə baxılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib. Məlumat verilib ki, adıçəkilən seçki dairələri üzrə müraciətlər qanunla müəyyən olunmuş vaxtda daxil olmayıb. Buna görə də şikayətlər geri qaytarılıb.
Read More »Paşinyan iki aldı… – Hələ belə rüsvay olmamışdı
Dünən Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixdə ilk dəfə yaşanan debat baş tutdu. Tarixi debatda yenə öz ampulasında olan Paşinyan bir neçə cəhd etdi. Guya Ayaz Mütəllibovun Xocalı faciəsini azərbaycanlıların törətdiyini deməsini xatırlatdı. Həmçinin qondarma erməni tarixindən danışmağa çalışdı. Amma İlham Əliyev hər kəsin gözü qarşısında Paşinyana tarix dərsi keçdi. Bəli, …
Read More »Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”
Anna Turcotte: “Tarixdən xəbəri yoxdur, siyasi hazırlıq səviyyəsi isə aşağıdır”Erməni yazıçısı Anna Turcotte Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib. Boyukmillet.com xəbər verir ki, N.Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz …
Read More »Ərdoğan Əsəd rejiminə vaxt verdi
Bəşər Əsədə məxsus qüvvələr Soçi razılaşmasında qəbul edilən qərarlara riayət edənə qədər İdlib böhranı davam edəcək. Boyukmillet.com yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İdlib böhranı həll edilmədikcə nə bölgədən sərhədlərimiz istiqamətində gələn insan axınının, nə də ki Türkiyədəki suriyalıların geri dönüşü mümkün olacaq. Əsəd rejimi təxribatı dayandırmalı və razılaşmalarda qeyd olunan sərhədlərə çəkilməlidir. Əgər belə …
Read More »Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi – VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi. Prezident İlham Əliyev debatda məntiqli, tutarlı, faktlarla zəngin arqumentlər səsləndirməklə üstünlüyü əldən vermədi. Bu fonda isə Ermənistan hökumətinin başçısı ənənəvi ampluasında idi. N.Paşinyanın daha çox hansısa qəzetdə çıxan materiallara istinad etməsi isə gülüş doğururdu. N.Paşinyanın çıxışında …
Read More »