Bazar , 23 Fevral 2025

Manşet

Prezident İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb: “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”. pic.twitter.com/OhGBsd7xoN— İlham Əliyev (@azpresident) May 9, 2022

Read More »

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam …

Read More »

Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə sizi təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”.

Read More »

Kəlbəcər istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bu barədə “Boyukmillet.com” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More »

Prezident: “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir”

“Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir”. Boyukmillet.com xəbər verir ki, bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib. “Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar …

Read More »

Prezident: “Müharibə vaxtı Rusiyadan Ermənistana silah daşınması üzrə bütün istiqamətləri izləyirdik”

Biz hamımız bilirik ki, Ermənistanda Rusiyanın Qarabağdakı müharibəyə müdaxilə edəcəyinə dair çox gözləntilər var idi. Bu baş vermədi. Çünki biz öz ərazimizdə döyüşürdük. Boyukmillet.com  xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Read More »

Prezident: “Çox tezliklə Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək”

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü çox tezliklə keçiriləcək.

Read More »

Dövlət başçısı: “Zəngilan hava limanı bu il, Laçın aeroportu isə 2024-cü ildə istifadəyə veriləcək”

Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı qeyd edib ki, Zəngilan hava limanı bu il, Laçın hava limanı isə yəqin ki, 2024-cü ildə istifadəyə veriləcək.

Read More »

Prezident: “Sülh razılaşması imzalansa və baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”

“Biz aktiv şəkildə Cənubi Qafqazda yeni eranı müdafiə edirdik. Sülh və əməkdaşlıq erası. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. “Hökumət Azərbaycanın irəli sürdüyü Ermənistanla sülh razılaşmasının təməli olacaq 5 baza prinsipini qəbul etdi. Eyni …

Read More »

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunur. Boyukmillet.com xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə …

Read More »