Cümə , 26 Aprel 2024
Drone Cameras

Şəhid anaları ilə görüş keçirilib

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın milli qəhrəmanları, şəhid general Polad Həşimovun anası Həşimova Səmayə xanımla və şəhid polkovnik İlqar Mirzeyevin anası Mirzəyeva Gülnarə xanımla  Bakı Gənclər Mərkəzində görüş keçirilib.
Görüşün təşəbbüskarı İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru, fəlsəfə doktoru Şərqiyyə Məmmədova olub. Gənclərin, təhsil işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şərqiyyə Məmmədova şəhid anaları ilə görüşün əhəmiyyətindən gənc nəslin içərisində şəhidlərimizin keçdiyi yolu təbliğinin önəmindən bəhs etmişdir.
Daha sonra İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi  (İSBAM) sədri Samir Adıgözəlli şəhid anaları qarşısında çıxış edərək 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinin  müstəsna rolunu qeyd edərək, belə görüşlərin mütamadı hal almasını vurğulamışdır.
Keçirilən görüşdə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, Boyukmillet.com xəbər saytının redaktoru Sima Babayeva, pedaqoq Məhbubə Mustafayeva, şairə Gülayə Şınıxlı və digərləri çıxış etmişdir.
Sonda şəhid anaları görüşün təşkilinə görə təşəkkür edərək Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad olunmasının uğurunda şəhid və qazi olan bütün Azərbaycan övladlarının onların da  övladı olduğunu və bununla qürur duyduqlarını bildirdilər.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …