Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.
Read More »Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan …
Read More »Şuşada bayram günü qurbanlar kəsildi – VİDEO
Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş …
Read More »Mehriban Əliyevadan Qurban bayramı təbriki
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah …
Read More »Prezident İlham Əliyev: “Bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış dayanır”
Azad edilmiş ərazilərimizdə görüləcək işlərimiz çoxdur. Biz 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan – 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Onlar avtomobillə hərəkət edərkən İkinci Qarabağ müharibəsi dayandıqdan sonra – ermənilərə həmin əraziləri …
Read More »Ağdamda yeni hərbi hissənin açılışı olub – VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir …
Read More »ErsinTatar: “Şəhidləri unutmadıq, unutmayacağıq”
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İnönü şəhidlərini anıb. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar 12 İyun 1958-ci ildə yunanlar tərəfindən şəhid edilən İnönü kəndindən olan 11 həmvətəninin xatirəsini anmaq məqsədilə mesaj yayımlayıb. Şəhidlərin unudulamadığını və unudulmayacağını deyən Ersin Tatar yunan rəhbərliyinin Kipr Türk xalqı və Türkiyənin qarşı çıxması nəticəsində BMT Təhlükəsizlik Şurasında 1954-cü ildə “Kipr xalqının öz müqəddəratını təyin …
Read More »Azərbaycan ordusunun hərbçisi özünü güllələyərək intihar edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Read More »“Neftçi” bilet sataraq, Qarabağ Dirçəliş Fonduna və “YAŞAT”a ianə edəcək
“Neftçi” klubu Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün bilet satışından əldə edəcəyi vəsaitin yarısını Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianə edəcək. Qarabağ Dirçəliş Fondundan verilən məlumata görə, biletlər 13 iyul saat 10:00-dan satışa çıxarılacaq. Qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən …
Read More »Prezidentin köməkçisi səfirlə çörək kəsdi – Şuşadan maraqlı VİDEO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib. Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib. Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir: “Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü gördük. Türklərdə çörək kəsmək ənənəsi …
Read More »