Çərşənbə , 15 May 2024

Manşet

İnam Kərimov Lerikin dağ kəndində taxıl biçinində iştirak edib

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub. Biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, …

Read More »

“Zəfər yolu”nun asfaltlanmasına başlanılıb

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. Boyukmillet.com bu barədə Agentliyə istinadən xəbər verir. Ötən il noyabr ayının 16-da, təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub. Dövlətimizin başçısının tapşırığına …

Read More »

Prezident: “Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir”

“Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir”. Boyukmillet.com xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə ünvanladığı məktubda yer alıb. “Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm. Eyni zamanda Türk Şurasının fəxri sədri kimi fəaliyyətinizi, türkdilli xalqlar arasında birliyin bərqərar olması …

Read More »

Ərdoğan: “2025-ci ilə qədər su qıtlığı səbəbindən 700 milyon insan köç edəcək”

“Suyun qapalı sistemlə yayılması istiqamətində fəaliyyət göstərəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidenti iqamətgahında “Suyun gücü millətə qovuşur” adlı toplantıdakı çıxışında deyib. “Suyumuzu qorumaqla vətənimizi qoruyuruq” ifadələri arasında heç bir fərq yoxdur. 2040, 2050 və 2070-ci illərə qədər suyun verilməsi planını tutacağıq. İçməli su probleminin yaranmasının ən böyük səbəbi itkidir. Bələdiyyələrimizin bu itkini 38 faizdən …

Read More »

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Read More »

Prezident yolların tikintisinə 6,8 milyon manat ayırdı

Prezident İlham Əliyev “Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı …

Read More »

Bakı-Tbilisi-Qars ilə bu il 11 084 TEU konteyner daşınıb

Ötən ay ərzində “TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” məlumat yayıb. Bildirilir ki, ötən ay Azərbaycandan Türkiyəyə 4 konteyner blok qatarında, əsasən, kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb. Konteynerlərdən 72-si 45 futluq, 10-u isə 20 futluq olub. Azərbaycandan Türkiyəyə bu müddət ərzində “TURKUAZ” exspress blok qatarları ilə ümumilikdə 2 214 ton yük daşınıb. Bu …

Read More »

FHN vulkanın baş verdiyi yerdən görüntülər yaydı – VİDEO

“Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb”. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən …

Read More »

Ermənistan Füzuli və Zəngilanda basdırdığı minaların xəritələrini təhvil verdi

Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib. Bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü …

Read More »

Leyla Əliyevanın kitabı Ukraynada nəşr olundu

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit take, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub. Boyukmillet.com-un xəbərinə görə, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi – tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

Read More »