Çərşənbə , 15 May 2024

Manşet

Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenbergerlə görüşüb. Daimi nümayəndəlikdən  bildirilib ki, görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlər, yüksəksəviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.

Read More »

Prezident Dövlət Agentliyinə 6,2 milyon manat ayırdı

Prezident İlham Əliyev “Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş …

Read More »

DSX rəisi: “Yeni hərbi hissələr Ermənistanla sərhədin əhəmiyyətli hissəsini qoruyacaq”

“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Qubadlı və Laçın …

Read More »

Mübariz İbrahimovun ev muzeyi açılıb

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvarın Əliabad kəndində tədbir keçirilib. Açılış mərasimində deputat Fəzail İbrahimli, rayon rəsmiləri, şəhid valideynləri, yerli sakinlər və qəhrəmanın yaxınları iştirak edib. Açılışdan əvvəl tədbirdə çıxış edənlər qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar. Eyni zamanda məktəblilər qəhrəmana həsr olunmuş şeirlər səsləndirib. Daha …

Read More »

Azərbaycan və Türkiyə Hava Nəqliyyatı Müqaviləsi imzalayacaq

Bu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında Hava Nəqliyyatı Müqaviləsi imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə bu ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Mülki Aviasiya İdarəsi həyata keçirəcək.

Read More »

Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq

Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq. Boyukmillet.com-un xəbərinə görə, abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imeratorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək. Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur. Abidənin yeri hələ ki, müəyyənləşdirilməyib.

Read More »

Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçiriləcək

2022-ci ildə Azərbaycanda “ADEX-2022” Beynəlxalq Müdafiə sərgisi keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, sərgiyə Türkiyə firmalarının da qoşulması koordinasiya ediləcək. Azərbaycan sərgidə Türkiyə istehsalı olan müdafiə sənayesi məhsulları və sistemlərinin satışına dəstək göstərəcək.

Read More »

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: 1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri); 1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı …

Read More »

Prezident İlham Əliyev Xankəndi şəhəri ilə bağlı fərman imzalayıb

Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmanında bildirilib. Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil …

Read More »

Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin köçürüləcəyi tarix açıqlanıb

“Hazırda Füzuli hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimində deyib. Onun sözlərinə görə, Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir: “Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir”.

Read More »