Bazar ertəsi , 13 May 2024

Manşet

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

Bu gün Azərbaycanda Respublika Günüdür. Boyukmillet.com xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə …

Read More »

Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Sadıqov Qorxmaz Elşad oğlu qeyri-döyüş şəraitində həlak olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Allah rəhmət eləsin!

Read More »

Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun AZƏRTAC-a müsahibəsi. –Əhməd müəllim, Azərbaycan mediasının müasir vəziyyəti və problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim müzakirələr gedir və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər daha çox eşidilməkdədir. Azərbaycan mediasının perspektiv inkişafı ilə bağlı rəhbərlik etdiyiniz Agentliyin nə kimi planları var? –Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media …

Read More »

Ərdoğanın səfəri zamanı Türkiyənin Azərbaycana hədiyyə etdiyi məktəbin təməlqoyma mərasimi keçiriləcək

“Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib. “Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz …

Read More »

Azərbaycanda xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadıldı

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb. Müəyyən edilib …

Read More »

Bərdə bazarında 3 gündə iki yanğın nə ilə bağlıdır?

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda son 4 gün ərzində iki böyük yanğının baş verməsi haqda danışıb. İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 07 radələrində rayonun “Təzə bazar”ında qısa qapanmadan yanğın başlayıb: “Yanğın barədə məlumat alan kimi hadisə yerinə gəlmişik. Hazırda polis rəisi, müavinləri, fövqəladə hallar komissiyasının sədri də buradadır. Tərtər, Ağdam və Yevlax rayonlarından …

Read More »

“Heç kim boşuna əziyyət çəkməsin” – Ərdoğandan növbədənkənar seçki tələbinə reaksiya

“Heç kim boşuna əziyyət çəkməsin, növbəti seçkilər 2023-cü ilin iyununda keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Xatırladaq ki, Türkiyədə müxalifət partiyaları növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Read More »

Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək – Sərəncam

Prezident İlham Əliyev “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Mia.az xəbər verir ki, sərəncamda deyilir: “Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar …

Read More »

Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Read More »