Çərşənbə , 15 May 2024

Manşet

MN: Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Read More »

Diaspor Komitəsi dünya azərbaycanlılarına müraciət edib

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib. Boyukmillet.com  xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri hər birimizə sevinc və qürur hissi ilə yaşatdı. 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın 44 gün ərzində azad edilməsi doğma Vətənimizin qalib və qüdrətli dövlət olduğunu …

Read More »

Azay Quliyev parlamentdən Prezidentə təşəkkür etdi

“Şuşanın mədəniyyət paytaxtı elan edilməsi haqqında qanun layihəsini qəbul etməklə azad edilmiş ərazilərə böyük qayıdışın necə möhtəşəm olacağını bildiririk”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Şuşa şəhərinə mədəniyyət paytaxtı adının verilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib. Deputat qeyd edib ki, bu qanun layihəsi ilə həmçinin Qarabağda birgəyaşayışın perspektivlərini diqqətə çatdırmış oluruq: “Torpaqlarımızı …

Read More »

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur. Boyukmillet.com  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, eyni zamanda metro açılır.

Read More »

“Şuşa şəhəri haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib. Boyukmillet.com xəbər veirr ki, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah – mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, sənəd …

Read More »

Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, təbrik məktubunda deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf …

Read More »

Zəngəzurda 1000-dən çox Azərbaycan hərbçisi var – Keçmiş mer

“Sünikdə – (Zəngəzur – red.) 1000-dən çox Azərbaycan hərbçisi var. Aşağı dərə istiqamətində onların sayı daha çoxdur”. Boyukmillet.com  Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Zəngəzur (Sünik) vilayətinin keçmiş meri Vahe Hakobyan deyib. Keçmiş mer bildirib ki, Azərbaycan hərbçiləri əvvəlki mövqelərindən nə irəli gedirlər, nə də geri çəkilirlər: “Qaragölün ətrafında 1000-ə qədər Azərbaycan hərbçisi möhkəmlənmiş vəziyyətdədir. Hökumət Zəngəzura nəzarəti itirib. …

Read More »

Tahir Salahovun cənazəsi Bakıya gətirilib

Almaniyada vəfat edən Xalq rəssamı Tahir Salahovun cənazəsi Bakıya gətirilib. Bunu Xalq rəssamının bacısı Zərif Salahova deyib. O, qardaşının nəşinin “Təzə Pir” məscidinə aparıldığını və sabah birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirilib/APA.

Read More »