Cümə axşamı , 16 Yanvar 2025

Manşet

Baş nazir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”

“Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, bu il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli istifadə olunması üçün nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”.

Read More »

DİN Şuşa polis əməkdaşlarının fəaliyyəti ilə bağlı yeni görüntülər yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyəti ilə bağlı yeni videogörüntülər yayıb. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərində xidməti fəaliyyətinə qaldığı yerdən davam edir. “Ordumuzun keçirdiyi uğurlu əks hücum əməliyyatları nəticəsində 30 ilə yaxın həsrət sona çatdı”, – Mətbuat xidmətindən bildirilib. https://fb.watch/4g4Pekd-V5/

Read More »

Zəfər muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib

Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. “Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – nazirlikdən qeyd edilib. Xatırladaq ki, Prezident İlham Əliyev …

Read More »

Prezident: Ermənilər Azıx mağarasına vurduqları ziyanın hamısını ödəyəcəklər

“Azıx kəndi qədim Azərbaycan kəndidir. Qədim yaşayış yeridir. Təbiəti də çox gözəldir buraların”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Azıx kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Qədim Azıx mağarasına da baş çəkən dövlət başçısı bildirib: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamımızı göstəririk. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov …

Read More »

Prezident: “Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”

“Durduğumuz yer Xocavənd rayonunun Edilli kəndidir. Ora isə Ağbulaq kəndidir. Qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan torpağını işğalçılardan azad edib. Burada döyüşlər gedib. Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”. Boyukmillet.com  xəbər verir ki, bu sözləri Xocavənddə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində paylaşıb. https://www.instagram.com/p/CMc3pheATgg/?utm_source=ig_web_copy_link

Read More »

YAP yenə qurultay keçirəcək: partiyada nələr baş verir?

AZƏR NİFTİYEV YAZIR: Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirildi. Əslində bu, gözlənilən idi. O səbəbdən ki, ölkədə bütün sahələrdə aparılan dəyişikliklər YAP-dan yan keçə bilməzdi və hakim partiyanın “köhnə şinel”dən xilas olması tarixi zərurət idi. İqtidarın siyasi elitası dəyişməli, partiyanın aynası rolunda çıxış edən “vitrin” yenilənməli idi. Bəzi ekspertlər partiyanın rəhbərliyində ciddi dəyişikliklərin olmadığını, kosmetik addımlar atıldığını iddia …

Read More »

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənddə olublar

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Boyukmillet.com xəbər verir ki, səfərdən geniş reportaj martın 16-da təqdim ediləcək. Xatırladaq ki, Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünüen instaqram səhifəsində səfərlə bağlı mesaj yayıb: “Əziz bacılar və qardaşlar! Birazdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm.Dərin hörmət və sevgilərlə, Sizin …

Read More »

Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR

“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Boyuknillet.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 (doqquz) nəfərdən ibarət olacaq. Buna qədər kollegiyanın tərkibi 7 nəfərdən ibarət idi. Qərarla kollegiyanın tərkibinə aşağıdakılar daxildir: Kollegiyanın sədri: Azərbaycan …

Read More »

Ərdoğan: “Türk gəncləri Qarabağdan Liviyayadək qardaşlarımızın köməyinə gedib”

“Siz Balkanlarda, Çanaqqalada, Qalisiyada vardınız. Qaziantepdə, Şanlıurfada, Maraşda siz vardınız! İstiqlal müharibəsində, Sakaryada, Dumlupınarda, İzmirdə siz var idiniz!”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclər Təşkilatının 6-cı qurultayında söyləyib. “Kiprdən İraqa və Suriyaya, Qarabağdan Liviyayadək – qardaşlarımızın köməyinə getdiyimiz hər yerdə siz var idiniz. Harada bir ay-ulduzlu bayraq ucaldıldısa, …

Read More »

Azərbaycan İsveçə yeni səfir təyin edəcək

Azərbaycanla İsveç arasında çoxtərəfli və ikitərəfli əlaqələr müzakirə olunub.  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşünün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, Azərbaycanla İsveç arasında siyasi dialoqun davam etdirilməsi vacibdir. Nazirin sözlərinə görə, Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinə yeni səfirin …

Read More »