2020-ci ildə qaçqın statusu üçün Almaniya Federativ Respublikasına müraciət edən 1 301 Azərbaycan vətəndaşının işinə baxılıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Federal idarənin cavabında deyilir ki, keçən il 748 Azərbaycan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb. Yəni, müraciət edən 1 301 nəfərdən cəmi 5,2 …
Read More »Azərbaycan Prezidenti: “Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir”
Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir. Baki-xeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan …
Read More »Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi – FOTO
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 881 hərbi qulluqçusu həlak olub. Onlardan biri də Mikayılov Rahim Qalib oğludur. O, 1990-cı il sentyabrın 3-də Quba rayonunun ikinci Nügədi kəndindən anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Texnologiya Universitetində Dövlət və Bələdiyyə …
Read More »Zəngilanın Beşdəli kəndindən görüntülər
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:
Read More »Tarix İnstitutunun yeni rəhbərliyi İqrar Əliyevdən və Yaqub Mahmudovdan qalma “şikəst Azərbaycan tarixi”ndən qurtuluşa çarə axtarır…
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda direktor dəyikliyi baş verdikdən, akademik Yaqub Mahmudov professor Kərim Şükürovla əvəzləndikdən sonra bu elmi–tədqiqat institutunda xeyli müsbət meyl, yenilik özünü göstərməyə başlayıb. Ən müsbət cəhətlərdən biri odur ki, Tarix İnstitutu tərəfindən bircildlik və çoxcildlik Azərbaycan tarixinin hazırlanması planlaşdırılır. Bu barədə AMEA Tarix İnstitutunun Elmi Şurasının 2021-ci il 1 mart tarixində keçirilən iclasında …
Read More »Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlandı
Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlandı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Avropa Birliyi Xarici əlaqələr və təhlükəsizlik siyasəti yüksək təmsilçisi Josep Borrell Fontellesi qəbul edəcək. Avropa.info xəbər verir ki, görüş bu həftənin cümə günü yerli vaxtla saat 14.30-da baş tutacaq. Prezident sözçüsü Dr. Berna Çelik Doğruyolun açıqlamasına görə, nəzərdə tutulan görüşdə Avropa Birliyi ilə …
Read More »Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli …
Read More »Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib
“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial, film layihələri həyata keçirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə söyləyib. O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal …
Read More »Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək
“Qəhrəman əsgərlərimizin savaşını kino ilə daha təsirli səviyyədə göstərmək istiqamətində fəaliyyətə başlamışıq. Belə keyfiyyətli filmlərə ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və şirkətlərlə birgə layihələrə başlamağı istəyirik”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib. “Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsini öyrənəcək və ondan istifadə edəcək”, – nazir bildirib. A.Kərimov işğaldan azad olunmuş ərazilərin yenidən …
Read More »