Bazar ertəsi , 13 May 2024

Manşet

Koronavirus peyvəndi Çindən Türkiyəyə gətirilib

Türkiyənin Çindən aldığı “Sinovac” koronavirus peyvəndini daşıyan konteynerlər Ankaraya gətirilib. Boyukmillet “HaberTürk”ə istinadən xəbər verir ki, Türk Hava Yollarına məxsus “Boeing 777” tipli təyyarə səhər saatlarında Esenboğa Hava Limanına eniş edib. İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək.

Read More »

Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli qoyulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxıb. Bu barədə Boyukmillet.com Ali Məclisin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaq. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaq. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaq. Ali Məclisin Sədri yaşayış kompleksinin təməlini atıb, tikintinin keyfiyyətlə aparılması …

Read More »

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Ukraynanın Xarkov şəhərində “Dəmir Yumruq” hərbi əməliyyatlarına həsr olunan abidə kompleksi qoyulacaq. Abidə Ermənistanın Xarkovdakı kilsəsinin və onun nəzdindəki erməni diaspora mərkəzinin yaxınlığında yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin önündə ucaldılacaq.   Bu barədə Azərbaycanın Əməkdar rəssamı, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov məlumat verib. Seyfəddin Qurbanov bildirib ki, abidə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə ucaldılacaq.  Onun sözlərinə görə, hazırda …

Read More »

“Şuşanın azad olunmasına görə” medalı ilə 4 646 hərbçi təltif olunub

Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Bu medala layiq görülən hərbi …

Read More »

Dövlət başçısı: “Doğma Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs …

Read More »

Prezident dünya azərbaycanlılarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, Prezidentin təbrik müraciətdində deyilir: “Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən …

Read More »

“Qarabağ Azərbaycandır” şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Qarabağ Azərbaycandır” MMC-ni dövlət qeydiyyatına alıb. Boyukmillet.com Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Abşeron rayonu, Qobu ŞTQ, Hərbi şəhərcik, ev.115, m.38, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Kənan Telman oğlu Cuvarovdur.

Read More »

Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını bərpa etməyə hazırdır

“Pandemiya imkan verən kimi delimitasiya və demarkasiya üzrə Gürcüstan-Azərbaycan birgə komissiyası fəaliyyətini tam yenilənmiş tərkibdə bərpa edəcək”. Boyukmillet.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlələ açıqlamasında bildirib. O deyib ki, bu ilin sentyabrında azərbaycanlı həmkarının Gürcüstana səfəri çərçivəsində David Qareci abidəsi məsələsi də müzakirə olunub: “Ceyhun Bayramov yeni detallarla tanış olub və ona yeni miqyaslı …

Read More »

Azərbaycan Prezidenti bu il dörd ölkəyə səfər edib

“İl ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib”. Boyukmillet.com xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb. Məlumata görə, Azərbaycanın xarici işlər naziri il ərzində İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub. “Eyni zamanda, …

Read More »

İraq həbsxanalarında və uşaq evlərində saxlanılan 194 uşaq Azərbaycana gətirilib

“İl ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb. Qeyd olunub ki, 2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının …

Read More »