Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olub

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

Boyukmillet.com xəbər verir ki, zastavanın açılışında DSX-nın rəis müavinləri general leytenant İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

“Bartaz” sərhəd zastavasında üç rəngli bayrağımız qaldırılıb

Check Also

Xudafərinin azad olunmasından 6 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan …