Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək. Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.
Read More »Bakıda Üzeyir Hacıbəyli və litvalı bəstəkarın şərəfinə konsert keçiriləcək
Bakıda oktyabrın 10-da Litva səfirliyinin təşkilatçılığı ilə iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin və Mikaloyus Konstantinas Çyurlyonisin (Mikalojus Konstantinas Čiurlionis) əsərlərinin səsləndiriləcəyi konsert keçiriləcək. Bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus (Kęstutis Vaškelevičius) bildirib. Konsert litvalı dirijor Vilmantas Kalyunasın (Vilmantas Kaliūnas) rəhbərliyi altında Azərbaycan Filarmoniya Orkestrinin ifasında keçiriləcək. “Bu ilin sentyabrında iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin 140 illiyini və …
Read More »Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Boyukmillet.com xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi …
Read More »Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab – “Sənin nə borcuna?”
Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb. Boyukmillet.com xəbər verir ki, o, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb: “Mənim yadımdadır, Xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin …
Read More »İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında …
Read More »İçərişəhərdə səyahət avtobusları fəaliyyətə başlayıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb. Boyukmillet.com-un məlumatına görə, sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər. Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla …
Read More »Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub. Boyukmillet.com xəbər verir ki, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevadır. Kitab Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, dahi söz ustadının poeziyasındakı milli ruhun gürcü oxucusuna tanıdılması məqsədilə hazırlanıb. Monoqrafiya Tbilisidə “Universal” nəşriyyatı tərəfindən yayımlanıb və 191 səhifədən ibarətdir. Elmi redaktoru filologiya elmləri doktoru, prof.Almaz …
Read More »“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb
Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını “YouTube”da yunan dilində “Hara gedir” adı altında yayımlayıb. …
Read More »Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub
Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunduğunu bildirib. Onun …
Read More »Bakıda dünyada baş verən islamofobiya hallarını özündə əks etdirən film nümayiş olunub
Bakıda dünyada baş verən islamofobiya hallarını özündə əks etdirən film nümayiş olunub. Boyukmillet.com xəbər verir ki, filmin nümayişi “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda baş tutub. Filmdə Azərbaycanın bu ayrı-seçkiliyə qarşı mübarizə yollarından və İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün elan olunmasından sonra rəsmi Bakının bu günə həsr olunmuş ardıcıl tədbirlər keçirməsindən bəhs edilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
