Çərşənbə , 18 Fevral 2026

Media

“Pervıy kanal”da efir zamanı müharibə əleyhinə insidentlə bağlı yoxlama başlayıb

Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Pervıy kanal”dan “RİA Novosti”yə bildirilib. “Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, – telekanalın mətbuat xidməti agentliyə bildirib. Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü …

Read More »

Gəncədə “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı konfrans keçirilir

Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə Şəhər Prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilir. “Report”un Qərb bürosunun məlumatına görə, konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri …

Read More »

“The New York Times”ın jurnalistləri Rusiyanı tərk edəcəklər

Amerikanın “The New York Times” qəzeti Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlərin yayılması ilə bağlı yeni qanunla əlaqədar jurnalistlərini Rusiyadan müvəqqəti çıxarmaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə baş redaktorun müavini Klifford Levi bildirib. “Redaksiyamızı qorumaq üçün hələlik onları ölkədən çıxarırıq. Ümid edirik ki, onları mümkün qədər tez geri qaytaracağıq və vəziyyəti yaxından izləyirik”, – “The New York …

Read More »

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbərinin “Dinməyən acı: Xocalı” əsəri Ankarada nəşr olub

Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı “Dinməyən acı: Xocalı” siyasi-tarixi, sənədli əsəri Türkiyədə nəşr olub. Əsər “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasına dəstək olaraq yazılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı məlum Sərəncamın da yerləşdirildiyi kitab səkkiz fəsildən və 688 səhifədən ibarətdir. Əsərin nəşri …

Read More »

Baş prokuror: “Mediada insanların şərəf və ləyaqətini təhqir edən, sensasiya xarakterli məlumatlar olmamalıdır”

“Bəzi hallar olub ki, biz bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. “Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya …

Read More »

Yeni radionun açılması üçün müsabiqəyə sənəd verən şirkətlərin sayı artıb

Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd verən şirkətlərin sayı artıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) məlumat verilib. Bildirilib ki, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə daha iki şirkət sənədlərini təqdim edib. Bununla da bu saatlara …

Read More »

Azərbaycanda jurnalistlərə vergi güzəştlərinin edilməsi barədə məsələ müzakirə edilir

“Jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması barədə məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, konkret nəticələr barədə isə məlumat veriləcək. Müsahibəni ətraflı şəkildə buradan oxuya bilərsiniz.

Read More »

Əhməd İsmayılov: “Reyestrin aparılması nəticəsində güzəşt və imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşəcək” – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun “Report”a eksklüziv müsahibəsi: – Azərbaycan Prezidenti İlham Əliyev dünən, fevralın 8-də “Media haqqında” yeni qanunu təsdiqlədi. Bu qanunun təsdiq edilməsi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə hansı töhfələri verəcək? – “Media haqqında” qanun müasir …

Read More »

Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqlayıb

Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” qanunun imzalanmasından sonra bu sənədin hədəflərini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli açıqlama verib. “Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik? – Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına; – Milli informasiya resurslarımızın güclənməsinə; – Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına; – …

Read More »

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir. Fərmana görə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət …

Read More »