Cümə , 26 Aprel 2024

Milli Məclis

Zahid Oruc: Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik

Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük coğrafiyalarda itirilən tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son üç əsrin qəhrəmanına çevirir: “Bir kəndin – Nüvədinin …

Read More »

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin aradan qaldırılmasına razılıq verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Read More »

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın …

Read More »

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir. Hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. …

Read More »

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişiklik layihəsinə görə, Şuranın fəaliyyət istiqamətlərinə yeni məzmunda maddələr əlavə edilir. Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının …

Read More »

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir

Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında” dəyişiklik olunur. Dəyişikliklə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr” fəslindən “Dihidrokodein” və …

Read More »

Gələn həftə Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə ediləcək

Milli Məclisdə “Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında” hesabatının müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib. Boyukmillet.com-un xəbərinə görə, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirə olunacaq. Toplantıya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar qatılacaq. Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Read More »

Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var

Milli Məclisin növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (ikinci oxunuş). 2. “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun …

Read More »

Kirayədə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyası veriləcək

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsil əlavə olunur. Bu çərçivədə Əsasnaməyə yeni təminatlar – vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən …

Read More »

Narkotik vasitələri istehlak etməsi müəyyənləşən şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan olunur

Narkotik vasitələri istehlak etməsi müəyyən olunan şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan edilir. Boyukmillet.com-un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslərin vergi orqanlarında xidmətə qəbul olunması qadağan edilir.

Read More »