Şənbə , 27 Aprel 2024

Milli Məclis

Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir

Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev çıxış edib. O qeyd edib ki, qaz limiti ilə bağlı çoxsaylı müracitlər olur: “Ya yaz sessiyası, ya da növbədənkənar sessiya çərçivəsində qaz istehsalçıları ilə fikir mübadiləsi aparmaq olar. Onlara əhalinin bu sahədəki problemini …

Read More »

Deputat: “Bakı və regionlarda sahibsiz itlərlə bağlı ciddi problemlər var”

“Bakı və regionlarda sahibsiz itlərlə bağlı ciddi problemlər var. Bu gün ölkədə heyvanlar üçün kifayət qədər sığınacaq yoxdur. Bununla yanaşı, mövcud problemlə birbaşa məşğul olan aidiyyəti qurum da mövcud deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım komitənin bugünkü iclasında deyib. Deputat bildirib ki, ölkədə sahibsiz itlərin sayı günbəgün artır: “Sahibsiz heyvanlar …

Read More »

Hacıqabul gölünün bərpası ilə bağlı İşçi Qrup yaradılacaq

“Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı İşçi Qrup yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Onun sözlərinə görə, göl quruyub və ətrafındakı torpaqlardan başqa məqsədlər üçün istifadə olunur: “Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı İşçi Qrup yaradılacaq və arayış hazırlanacaq. Ötən …

Read More »

Qərbi Azərbaycanlıların deportasiyası ilə bağlı konfrans keçiriləcək

“Qərbi Azərbaycanlıların 100 illik deportasiyası – Vətən müharibəsindəki qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində” adlı konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün iş planına daxil edilib. Qeyd edək ki, bu gün komitənin iclası keçirilir.

Read More »

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin yanvarın 25-də keçirilən iclasında deyib. O bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib: “360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.

Read More »

Deputat: “Özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də, vergiyə görə tərəddüddə qalırlar”

“Bir çox özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də vergi məsələsinə görə tərəddüd içərisində qalırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, bu məsələ ilə bağlı parlamentdə dinləmə keçirilsə yaxşı olar: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclas keçirək və lazımi …

Read More »

Deputat: “Rayonlarda narkotik problemi böyük fəlakətdir”

Deputat Jalə Əhmədova rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, deputat bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. “Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə də axışıb şəhərə gəlir. Burada fəhlə işində çalışıb aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün …

Read More »

Deputat: “Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür”

“Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. “Yeniyetmələr və gənclər əsasən vətənpərvərlik ruhunda inkişaf edirlər. Lakin təəssüf ki, …

Read More »

Milli Məclisdə təhsillə bağlı dinləmələr keçiriləcək

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məsələsi daxil edilib. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. O bildirib ki, fevralın sonu – martın əvvəlində komitənin genişləndirilmiş iclası keçiriləcək: “İclasa Elm və Təhsil Nazirliyinin əməkdaşları da dəvət olunacaq. Nəzərdə tutulub ki, bu sessiya …

Read More »