Çərşənbə , 8 May 2024

Milli Məclis

Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Read More »

DSMF-nin gələn il üçün büdcəsinə dair qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6 milyard 263 milyon 970 min manat məbləğində nəzərdə tutulub. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə …

Read More »

MM-in Komitə sədri: “Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq”

Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orcu parlamentin bu gün keçirilən plenar iclasında deyib. O xatırladıb ki, Türkiyə Prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlanmasından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək …

Read More »

MM-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib. O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında …

Read More »

Azərbaycanda 2 yeni medal təsis edilir

Azərbaycanda 2 yeni medal təsis edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin iclasında bildirib. O, diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli …

Read More »

Milli Məclisin dekabrın 2-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin dekabrın 2-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, toplantının gündəliyinə 26 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).“Azərbaycan Respublikasında …

Read More »

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) …

Read More »

Əli Hüseynli: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi toplaşmaq və birləşmək azadlığına təminat verir”

“Demokratik dövlətdə ifadə azalığına, toplaşmaq və birləşmək azadlığına maksimum təminat verilməlidir. Hesab edirik ki, yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi məhz bu təminatı verir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi l oxunuşda müzakirəsi zamanı çıxışında deyib. …

Read More »

Ziyafət Əsgərov: “Yeni qanun layihəsi çoxpartiyalı sistemin təşəkkül tapmasına kömək olacaq”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi cəmiyyətdə siyasi prüalizmin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, çoxpartiyalı sistemin təşəkkül tapmasına da kömək olacaq”. Boyukmillet/com xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı deyib. “Təəssüf ki, bu gün …

Read More »