Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

“Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı məsələ aktualdır. Artıq bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanıb və üst qurumlarla razılaşdırılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, layihə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim ediləcək.

Read More »

Deputat: “Universitet müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur”

“Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bəzi universitetlərdə maaşlar 2-3 dəfə, bəzilərində isə aşağıdır: “Qiymət artımına baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır”. Deputat deyib ki, daha bir narahatlıq doğuran məsələlərdən biri …

Read More »

Azərbaycan Ordusunun təminatının daha da gücləndirilməsi təklif olunur

“Ermənistan bu gün həm İrandan, həm də Hindistandan yeni silahlar almağı düşünür. Təbii ki, həmin silahların da Azərbayana qarşı tuşlanması nəzərdə tutulur. Ona görə də təklif edirəm ki, ordumuzun təminatı daha da gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya …

Read More »

Deputat: “Məktəbli çantaları çox ağırdır, şagirdlərin skalioz xəstəliyinə səbəb olur”

“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır: “Bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün …

Read More »

Milli Məclisdə QHT-lərlə bağlı ictimai dinləmə keçirilir 

Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir. Boyukmillet.com xəbər verir ki, dinləmə qanunverici orqanın İctimai birliklər və dini qurumlar komitəsinin təşəbbüsü ilə baş tutur. Müzakirələrdə deputatlarla yanşı, ölkədə fəaliyyət göstərən bir sıra Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirlər.

Read More »

Bu həftə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək

Noyabrın 4-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək. Bu barədə parlamentdən məlumat verilib. Bildirilib ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.

Read More »

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanuna yeni – 36-1.2.5-ci bənd əlavə olunur. Yeni bəndə əsasən,uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Read More »

Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil olub

Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil olub. Boyukmillet.com-un xəbərinə görə, layihə bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Müzakirələrdən sonra qanun layihəsinin I oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir.

Read More »

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Boyukmillet.com xəbər verir ki, layihə yaxın günlərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 …

Read More »