Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Deputat: “Bəzən şəhid ailələri və qazilər məşğulluq üçün verilən avadanlıqları istifadə edə bilmirlər”

“Şəhid ailələri və ya qazilərə məşğulluqla bağlı verilən avadanlıqların istifadəsində müəyyən çətinliklər yaranır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin şəxslərə avadanlıqlar verilsə də, yer olmadığı üçün həmin əşyalar ya öz evlərinə, ya da başqasının evinə qoyulur: “Məsələn, təkər yamamaq işi ilə bağlı avadanlıq …

Read More »

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti toplantısı noyabrın 25-də keçiriləcək. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”qanun layihəsi (ikinci oxunuş).“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).“Azərbaycan Respublikasında 2023-cü il …

Read More »

Seçkilərdə etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan partiyalara maliyyə yardımı ayrılacaq

Azərbaycanda parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihədə qeyd edilib ki, siyasi partiyanın fəaliyyətinin bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə …

Read More »

Qarabağda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 illik iş icazəsi veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə …

Read More »

Gələn il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə …

Read More »

“Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkarlansa dondurulsun” – BƏYANAT

Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onlar dondurula bilər. Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı qəbul etdiyi bəyanatda əksini tapıb. Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə bununla bağlı tədbirlərin görülməsi üçün çağırış edib.

Read More »

Sabah Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq

Sabah – noyabrın 16-da Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başlayır. Boyukmillet.com-un xəbərinə görə, büdcə zərfinə “2023-cü ilin dövlət büdcəsi haqqında”, ” 2023-cü il üçün yaşayış minimumu haqqında”, “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, …

Read More »

Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 13-də Fransanın Paris şəhərinə səfər edəcəklər. Boyukmillet.com xəbər verir ki, komitənin gündəliyinə insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, ölümsaçan silah sistemlərinin insan hüquq və azadlıqları kontekstində dəyərləndirilməsi və digər məsələlər daxil edilib. İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, təşkilati işlərə …

Read More »

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti plenar iclasları noyabrın 16-sı,17-si və 18-də keçiriləcək. İclasların ümumi gündəliyinə isə 18 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). …

Read More »