Bazar ertəsi , 13 May 2024

Milli Məclis

TBMM sədri: “Ermənistan sülh müqaviləsini imzalamalıdır”

“Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. TBMM sədri Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu …

Read More »

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclası oktyabrın 11-də keçiriləcək və gündəliyə 30 məsələ daxil edilib. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə təklif olunan məsələlər aşağıdakılardır 1. “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. “İslam Ölkələrinin Standartlar …

Read More »

Tütün məmulatlarının məcburi nişanlamaya görə rüsumdan azad edilməsinə dair layihə I oxunuşda təsdiqlənib

Azərbaycanda tütün məmulatlarının məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunmasına dair layihə I oxunuşda qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi …

Read More »

Milli Məclis bir neçə sazişi ratifikasiya edib – SİYAHI

Milli Məclis bir neçə sazişi ratifikasiya edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı sənədlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra Azərbaycan parlamenti bir neçə sazişi təsdiqləyib. Həmin sənədlər aşağıdakılardır: 1. “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Uşaqlara görə alimentin tutulması …

Read More »

Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq

Azərbaycanda vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, …

Read More »

Azərbaycandan xarici ölkəyə qanunsuz pul köçürənlər 5 il həbs ediləcək

Azərbaycandan xarici ölkələrə qanunsuz pul köçürmə fəaliyyəti ilə məşğul olan şəxslər 5 il müddətinə azadlıqdan məhrum ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb. Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti …

Read More »

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının hüquqi qiymətləndirilməsi ilə bağlı MM-də dinləmələr keçiriləcək

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbayan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi nəzərdə tutulur. “Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planında yer alıb. Komitənin iş planına daxil edilən digər məsələlər aşağıdakılardır: – Vətən müharibəsi dövründə …

Read More »

Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub. Boyukmillet.com xəbər verir ki, bu Saziş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Deputatlar sazişi yüksək qiymətləndirib, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq Milli Məclisin plenar …

Read More »

Hərbçilərin dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişiklik edilir

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında əsasnaməyə dəyişiklik edilir Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə …

Read More »

Vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydasına dəyişiklik edilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi …

Read More »