Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib. Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”. …

Read More »

Sahibə Qafarova Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, …

Read More »

Elektron xidmətlərin göstərilməsi üçün sənədlərin tələb edilməsi minimuma endirilir

Elektron qaydada dövlət xidmətlərinin göstərilməsi üçün vətəndaşlardan sənəd və ya məlumatların tələb edilməsi halları minimuma endirilir. Boyukmillet.com xəbər verir ki, bu günlərdə dövlət başçısının imzası ilə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş sənədlər paketində bu məsələləri özündə ehtiva edən 47 qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair Milli …

Read More »

Sahibə Qafarova Tacikistana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfər edib. Nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov, Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər. Düşənbə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Tacikistan Ali Məclisi Milli Məclisi sədrinin birinci müavini Rajabbəy Ahmadzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, …

Read More »

Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin (MM) sədri Sahibə Qafarova bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb. Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi qeyd olunaraq, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Özbəkistana tarixi səfərinin …

Read More »

Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də bu ölkənin Ali Məclisi Senatının (Oliy Məclisi Senatı) sədri Tənzilə Narbayeva ilə görüşüb. Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tənzilə Narbayeva Milli Məclisin sədrini yenidən öz ölkələrində görməkdən məmnunluğunu ifadə edib. Senatın sədri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərdən danışıb. O, əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edərək …

Read More »

Sahibə Qafarova Mustafa Şentopa təbrik məktubu göndərib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarova 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə həmkarına, Türkiyə Böyük Millət Məclisinin üzvlərinə və qardaş Türkiyə xalqına təbriklərini ünvanlayıb. Məktubda bu möhtəşəm zəfərin qardaş Türkiyə xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğu qeyd edilərək, …

Read More »

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayır. Boyukmillet.com xəbər verir ki, tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək. Üç gün davam edəcək toplantıda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın …

Read More »

Azərbaycanın mənası, mahiyyəti özündən böyükdür – Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “Mədəniyyət/Culture” jurnalının yeni sayında müsahibəsini yayımlanıb. Müsahibədə Türk dünyası arealında görülən işlər, Azərbaycanın önəmli mövqeyi və mənəvi dəyərlər haqqında danışılıb. Jurnalın baş redaktoru Zöhrə xanıma, müsahibəni alan Fəxriyyə xanıma, onların timsalında “Mədəniyyət/Culture”nin bütün əməkdaşlarına öz təşəkkürümüzü yetiririk. Müsahibəni oxucularla bölüşürük: Azərbaycanın mənası, mahiyyəti özündən böyükdür Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva: “Öz …

Read More »

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, toplantı iyunun 22-də keçiriləcək. İclasın gündəliyinə 18 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik …

Read More »