Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ziyafət Əsgərov: “Yeni qanun layihəsi çoxpartiyalı sistemin təşəkkül tapmasına kömək olacaq”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi cəmiyyətdə siyasi prüalizmin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, çoxpartiyalı sistemin təşəkkül tapmasına da kömək olacaq”.

Boyukmillet/com xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı deyib.

“Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda bir çox hallarda çoxpartiyalı sistem yox, partiyaların çoxluğunu nəzərdə tuturuq. Əslində bu qanun layihəsinin əsas məqsədi vətəndaş, cəmiyyət və dövlət konfuqirasiyasında siyasi partiyanın dəqiq təyinatını müəyyənləşdirməkdir. Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunda 1993-cü ildən bu günədək 70-dən çox dəyişiklik edilib. Lakin indiki yeni layihənin birinci oxunuşuna qədər 66 dəyişiklik olunub. Bu, onun göstəricisidir ki, qanun layihəsinin müzakirəsi üçün ölkədə fəaliyyət göstərən siyasi partiya və ictimai birliklərin iştirakına tam şərait yaradılmışdı.

Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da hüquq münasibətlərinin, bütövlükdə ictimai münasibətlərin dinamikası çox genişdir. Heç şübhəsiz ki, yeni qanun layihəsinin qəbul edilməsi cəmiyyətdə siyasi və hüquq mədəniyyətinin yeni mərhələsini formalaşdırmaqdır. Bu baxımdan qanunun icrası üçün bizdən, hüquq mühafizə orqanlarından, eləcə də icra orqanlarından çox şey tələb edilir. Hüquqi mədəniyyət yüksəkdirsə, deməli cəmiyyətdə hüququn aliliyi də çox olacaq” – o bildirib.

Check Also

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …