Çərşənbə , 8 May 2024

Milli Məclis

Deputat: “Bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsi ciddi problemdir”

“Bələdiyyələrin icra aparatlarında olan əməkdaşların sayının şişirdilməsi ilə bağlı məsələ ciddi problemdir. Hazırda bunun qanunvericiliklə tənzimlənməsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün hər hansı bələdiyyə heç bir məhdudiyyət olmadan istənilən sayda bələdiyyə qulluqçusunu işə qəbul …

Read More »

Siyavuş Novruzov: “Nədənsə dövlətin dotasiyaları eyni bələdiyyələrə verilir”

“Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim necə müəyyənləşdirirlər?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, aparılan müşahidələrə görə 10 il ardıcıl şəkildə eyni bələdiyyə böyük miqdarda …

Read More »

BMT ölkələrinin parlamentariləri Ermənistanın ekoterroru barədə məlumatlandırılıb

Milli Məclisin deputatı Naqif Həmzəyev BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə keçirilən “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsindəki Ermənistanın ekoloji terroru barəsində çıxış edib. “Report”un ABŞ bürosu xəbər verir ki, deputat çıxışında Azərbaycan üçün vacib olan ekoloji məsələlərə toxunub: “Fürsətdən istifadə edərək, diqqətinizi …

Read More »

Azərbaycanda əcnəbilərə müvəqqəti yaşamaq icazəsinin verilməsi şərtləri sərtləşdirilir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan …

Read More »

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir. Boyukmillet.com -un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin onlara müvafiq …

Read More »

Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş olub

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin bütün dünya üçün nümunə olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin …

Read More »

Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək

Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, yaz sessiyası dövründə parlamentin fəaliyyətinin ən mühüm mövzusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq: “Milli Məclisin və …

Read More »

Sahibə Qafarova: “Tehrandakı səfirliyə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edərkən deyib. O, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd …

Read More »

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İƏT Parlament İttifaqı əməkdaşlıq edəcək

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub. Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib. Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin …

Read More »