Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub

Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Read More »

Parlament media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini qəbul edib

Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər …

Read More »

Ombudsman Səbinə Əliyeva: “İctimai nəzarət institutu gücləndirilməlidir”

“Əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. “Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə …

Read More »

MM sədri: “Ermənistanın təxribatı üçtərəfli bəyanatın qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir”

Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. “Təxribat zamanı şəhid olan hərbçilərmizə Allah rəhmət, yaralılara tezliklə sağalmalarını arzu …

Read More »

Azərbaycanda şəhid ailəsi hesab edilən şəxslərin siyahısının genişləndirilməsi təklif olunur

Azərbaycanda şəhid ailəsi hesab edilə biləcək şəxslərin siyahısının genişləndirilməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Sənəddə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinin ikinci hissəsində şəhid ailəsinin üzvləri sırasına “əri (arvadı), valideynləri və övladları olmadıqda, qardaşları (bacıları)”, habelə “qəyyumu” sözlərinin əlavə …

Read More »

Azərbaycanda məcburi köçkün statusu verilən şəxslərin siyahısının genişləndirilməsi təklif edilir

Azərbaycanda məcburi köçkün statusu verilə biləcək şəxslərin siyahısının genişləndirilməsi təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Sənəddə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu …

Read More »

“Qərbi Azərbaycan İcması haqqında” qanun layihəsinin hazırlanması təklif olunur

“Qərbi Azərbaycan İcması haqqında” qanun layihəsinin hazırlanması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib. “Biz bu məsələni konkretləşdirməli və hüquqi əsaslandırma ilə onun həllinə çalışmalıyıq. Məhz bu yolla torpaqlarımızı azad etdik. Ona görə də əsasən hüquq zəmnində mübarizəni aparmalıyıq”-, o vurğulayıb.

Read More »

Zahid Oruc: “Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”

“Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxış edərkən deyib. Onun sözlərinə görə, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi …

Read More »

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmələr keçirilir

Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr aparılır. Boyukmillet.com xəbər verir ki, tədbir parlamentinin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə keçirilir. Toplantıda deputatlarla yanaşı Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edirlər. Deputatlar və müzakirələrə dəvət olunanlar Qərbi Azərbaycana dinc və hüquqi qayıdışla bağlı fikirlərini bildirir, təkliflər irəli sürürlər.

Read More »