Cümə , 3 May 2024

Milli Məclis

Deputat: “Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”

“Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bu günədək yardımın effektiv olmadığı görünür: “Hesab edirəm ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar: “Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon …

Read More »

Qənirə Paşayevanın son durumu açıqlanıb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib. O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur: “Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımı tədbirləri görür. Hər kəsdən xahiş edirəm ki, dəqiqləşdirilməmiş informasiyaları yaymayın. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”. Xatırladaq ki, sentyabrın …

Read More »

Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edəcək

Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarusun Qrodno şəhərinə səfər edəcək. Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, yerli özünüidarəetmə orqanlarının pandemiya dövründə əhalinin dəstəklənməsinə yönəlmiş fəaliyyətinin təşkili, bu qurumların rəqəmsal mühitdə vətəndaşların hüquqlarının …

Read More »

“Antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı” – RƏY

“Antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra növbəti qələbəsini qazandı: “Antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı. Azərbaycan Ordusu bu dəfə də humanist və ədalətli yanaşma ilə mülki əhalini hədəfə almadı. Çünki əvvəlcədən də bəyan edildiyi kimi, bizim məqsədimiz …

Read More »

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana …

Read More »

Qənirə Paşayeva: “Prezident təqaüdü ilə bağlı müraciətlərə baxmağa hazırıq”

“Əgər yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdırlar: “Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş …

Read More »

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub

Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu il sentyabrın 30-u şənbə gününə təsadüf …

Read More »

Milli Məclisdə dərmanlarla bağlı yeni layihə müzakirə olunur

 Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihəni parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edir. Layihə “Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı …

Read More »

Gədəbəyin deputatları: “Söyüdlü kəndindəki hadisənin arxasında dayananların niyyətləri gözlərində qaldı”

“Gədəbəy rayonunun Söyüdlü kəndində yaşlı qadına qarşı polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin Gədəbəydən seçilmiş deputatı Sevinc Hüseynova parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, hazırda rayonda hadisələrlə bağlı müvafiq araşdırmalar aparılır, ilkin məlumatlar olsa da, nəticə gözlənilməlidir: “Söyüdlü kəndində əhalinin əsas …

Read More »

Milli Məclisin iclası başlayıb, gündəlikdə 33 məsələ var

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələnin müzakirə daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …

Read More »