Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Deputat: “Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”

“Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bu günədək yardımın effektiv olmadığı görünür: “Hesab edirəm ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar: “Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon manatadək vəsait sərf olunur. Bəlkə də daha effektiv olması üçün ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır. Birinə deyirlər “Adına köhnə sovet maşını var və sənə yardım düşmür”, yaxud “Adına torpaq sahəsi var sənə yardım düşmür”.

Check Also

Qanun layihəsinin adının dəyişdirilməsi təklifi qəbul olunmadı

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb Boyukmillet.com-un …