Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, toplantıda deputat Vahid Əhmədovla bağlı məsələ müzakirə olunacaq. İclas saat 15:00-da başlayacaq. Toplantıya V.Əhmədov da dəvət olunub. Qeyd edək ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam …
Read More »Özbəkistanda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək
Özbəkistanda Ulu Öndər Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər. Deputatlar “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının …
Read More »Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, toplantıda 12 məsələnin müzakirəsi nəzərdə tutulub. Həmin məsələlər aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 4. Azərbaycan Respublikasının …
Read More »Deputatlar Türkiyədə səfərdə olacaqlar
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, və deputat Ramil Həsən aprelin 17-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər. Deputatlarımız burada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər. Fond tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu …
Read More »Milli Məclisin sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə işgəncə verməsini araşdırmalıdır”
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb. Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib. S.Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl …
Read More »Sahibə Qafarova: “Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür”
Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib. O deyib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca …
Read More »Deputat televiziyaları tənqid edib
“Bu gün televiziya kanallarında əyləndirmə mexanizmləri var, amma klassikanın ictimailləşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar var”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov komitənin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib. “Hesab edirəm ki,Yayım Şurasının üzvlüyünə …
Read More »Qənirə Paşayeva deputatları maaşlarının bir hissəsini YAŞAT Fonduna ianə etməyə çağırıb
Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əməkhaqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib. Boyukmillet.com-un məlumatına görə, deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb. Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib. Milli Məclis sədrinin birinci müavini …
Read More »MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi barədə layihəni təsdiqləyib
Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib. Boyukmillet.com-un xəbərinə görə, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” …
Read More »Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunmasına dair layihə qəbul olunub
Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini üçüncü oxunuşda təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur. Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
