Cümə axşamı , 16 Yanvar 2025

Qarabağ

Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdəki Cümə məscidini ziyarət ediblər. “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub. Qeyd edək ki, …

Read More »

Qarabağ münaqişəsi ilə bağlı ABŞ, Almaniya, Ukrayna və Moldova mediasında məqalə dərc olunub

ABŞ, Almaniya, Ukrayna və Moldova mətbuatında keçmiş sovet məkanında dondurulmuş münaqişələr, onların kökü və həlli kimi II Qarabağ müharibəsinin nümunəsi barədə azərbaycanlı jurnalist Mübariz Aslanovun məqaləsi dərc olunub. Boyukmillet.com  xəbər verir ki, postsovet məkanındakı dondurulmuş münaqişələr fonunda Qarabağ münaqişəsinin “buzunun əriməsi”ni özündə əks etdirən məqalədə uzun müddətdir həllini tapmayan münaqişələrin kökünün XVIII-XIX əsrlərdə qoyulduğu vurğulanır. Tarixin səhnəsini birdəfəlik tərk edən bir sıra …

Read More »

Ombudsman Ermənistanın ərazilərimizdəki minalarla bağlı dünya ölkələrinə müraciət edib

Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir. Minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər. İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın …

Read More »

Xankəndində ermənilər arasında dava düşüb

Azərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “news.am” yayıb. Bildirilib ki, Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, Yerevanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib. Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin …

Read More »

Rusiya sülhməramlıları Kəlbəcərə 80 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 15 “KamAZ” markalı hərbi avtomobili və yükü müşayiət edən maşınlardan ibarət kolonna Xankəndi – Suqovuşan – Kəlbəcər …

Read More »

Partiya sədrləri Ağdam şəhərindədir

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri işğaldan azad edilən Ağdam şəhərinə səfər edib. Boyukmillet.com -un xəbərinə görə, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə baş tutub. Partiya sədrləri Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olurlar.

Read More »

Şuşa şəhərinin rəsm qalereyası yenidən bərpa ediləcək

“Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən deyib. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” …

Read More »

Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 “KamAZ” markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 130tondan çox yük çatdırıb …

Read More »

ATƏT rəhbəri Minsk qrupu həmsədrləri ilə görüş keçirib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilatın Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə onlayn görüş keçirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ann Linde tvitter səhifəsində yazıb. Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistana gözlənilən səfəri müzakirə edilib.

Read More »